Keçid linkləri

2025, 17 Fevral, Bazar ertəsi, Bakı vaxtı 19:26

Erməni deputat: 'Əliyev üçün 'Zəngəzur dəhlizi' hətta Qarabağdan da vacibdir'


Soçi görüşü Ermənistan və Azərbaycana nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:14:34 0:00

Soçi görüşü Ermənistan və Azərbaycana nə vəd edir?

Deputat deyib ki, Azərbaycan prezidenti hətta Soçi görüşündən sonra da beynəlxalq arenalarda “Zəngəzur dəhlizi” barədə danışır

Əliyev üçün “Zəngəzur dəhlizi” hətta Qarabağdan da vacib məsələdir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu noyabrın 29-da Ermənistan parlamentində müxalif Hayastan fraksiyasının deputatı Armen Rustamyan deyib.

Deputat deyib ki, Azərbaycan prezidenti hətta Soçi görüşündən və üçtərəfli bəyanatın verilməsindən sonra da beynəlxalq arenalarda “Zəngəzur dəhlizi” barədə danışır.

Rustamyan narahatdır ki, Soçidə imzalanmış bəyanatdan başqa şifahi razılaşmalar da ola bilər. O əlavə edib ki, əvvəllər belə presedentlər olub:

“Faktlar bizə sübut edir ki, rəsmi mətnlə dərc ediləndən başqa şifahi razılaşmalar da olur. Onlar orda üç saat nədən danışıblar? Təkcə qəbul olunan mətn barədəmi? Orda mütləq başqa razılaşmalar da olub. Görünür bu şifahi razılaşmalar Əliyevə “Zəngəzur dəhlizi” məsələsinin həll olunduğuna dair bəyanat vermək üçün əsas verir”.

Azatuyun yazır ki, baş nazir Nikol Paşinyan Soçi görüşündən bir neçə gün əvvəl “dəhliz məntiqi” ilə heç nəyi müzakirə etməyəcəyini bildirmişdi.

O əlavə etmişdi ki, Azərbaycanın özü də işçi səviyyədə dəhliz tələbini heç vaxt qoymayıb.

Tenə də üçtərəfli bəyanatın 9-cu bəndi

Lakin Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasından deputat Tiqran Abraamyan deyir ki, burda diqqətəlayiq olan Əliyevin hərəkətləridir.

Onun sözlərinə görə Azərbaycanın mayda və noyabrda törətdiyi “təcavüzlər” beynəlxalq birlik tərəfindən lazımi qiymətini almayıb:

“Burda problem heç onda da deyil ki, Ermənistanın indiki hakimiyyəti dəhliz verəcək, ya yox. Problem ondadır ki, Azərbaycan Ermənistana aşırı təzyiq göstərməkdə davam edir. Buna isə beynəlxalq birlik tərəfindən müvafiq müdaxilə edilmir və reaksiya verilmir. Bu isə Azərbaycana təzyiqini davam etdirmək imkanı yaradır”.

Azatutyun yazır ki, Nikol Paşinyan “dəhliz məntiqini” qəbul etmədiyini desə də, son mətbuat konfransında “Azərbaycan tərəfinə rüsumsuz və başqa yoxlamalarsız yol verilə bilərmi” sualına cavab verməyib.

Bunun əvəzində o bildirib ki, Azərbaycan tərəfinin fikrincə, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndində yer alan “maneəsiz hərəkət”, elə “suveren dəhliz” deməkdir:

“Əgər bu, suveren dəhliz demək olsaydı, onda elə “suveren dəhliz” ifadəsi işlənərdi. Üstəlik də həmin sənəddə Laçın dəhlizi barədə danışılarkən dəhliz sözü işlədilıib. Orda yazılıb ki, “Laçın dəhlizi Rusiyanın nəzarəti altındadır”. Elə belə də yazılıb: “nəzarəti altında”.

“Əliyevin bəyanatları daxii auditoriya üçündür”

Deputat Tiqran Abraamyan deyib ki, razılaşmada “dəhliz” sözünün işlədilib-işlədilməməsi mühüm deyil. Elə bir sözdən istifadə oluna bilər ki, elə dəhliz mənasını verər.

O xatırladıb ki, Paşinyan bir vaxt Gorus-Qafan yolunda Ermənistan vətəndaşları üçün heç bir problemin olmayacağını demişdi, amma indi həmin yol Ermənistan vətəndaşları üçün qadağan olunub.

Lakin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan deyib ki, Əliyevin bəyanatları ilə danışıqların məzmunu arasında heç bir bağlılıq yoxdur.

O xatırladıb ki, Soçi görüşündən sonra keçirilən mətbuat konfransında nə Əliyev, nə Paşinyan, nə də Putin “dəhliz” sözü işlətməyiblər.

İqtidar deputatı hesab edir ki, Əliyevin bəyanatları daxili auditoriyaya hesablanıb:

“Düşünürəm ki, bu, xarici siyasi dairələrə ünvanlamayan daxili siyasi terminologiyadır. Öz ölkəsinin daxilində Əliyev bu termindən istifadəni davam etdirir, çünki, zənnimcə, siyasi mənada ondan imtina etmək kifayət qədər mürəkkəbdir”.

Metyu Brayza Soçi görüşünün dövlət sərhədlərində sakitlik yarada biləcəyini deyir
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

“Türklərin və azərbaycanlıların nə istədikləri bizə tamamilə aydındır”

Lakin müxalif deputat Armen Rustamyan diqqəti ziddiyyətlərə çəkib:

“Onlar elə yayğın, bir-birinə elə zidd bəyanatlar verirlər ki, bunları yan-yana qoyanda heç bir konsepsiya alınmır. Bu isə ən böyük təhlükədir. Türklərin və azərbaycanlıların nə istədikləri isə bizə tamamilə aydındır. Bəli, istisna deyil ki, onlar bu məsələni Laçın dəhlizinin mövcudluğuna əsaslanaraq qaldırırlar. Yənu onlar bu dəhlizi ürək genişliyindən veriblər və buna görə də Azərbaycan Naxçıvanla belə bir statusda olan dəhlizlə bağlanmalıdır”.

İqtidar deputatı Artur Ovannisyan isə deyib ki, demarkasiya və delimitasiya, habelə atəşkəsin mexanizmi Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmasını təmin etməlidir:

“Biz xatlırlayırıq ki, bizim tərəfimizdən qoşunların bərabər məsafədə geri çəkilməsi və onların arasında ATƏT missiyası müşahidəçilərinin və ya Rusiya sərhədçilərinin yerləşdirilməsi təklifi olmuşdu. Bu təklif o demək idi ki, bizim üçün delimityasiya və demarkasiya prosesi başa çatmadan, sərhədçilər yerləşdirilmədən, yəni biz və Azərbaycan tərəfi dəqiq delimitasiya və demarkasiyanı keçirmədən və bu müddətdə atəş açılmamaq şərti ilə müvafiq təhlükəsizlik mexanizmlərinin işlənməsi qeyri-məqbuldur. Çünki biz bilirik ki, heç kəs atəş altında demarkasiya və delimitasiya keçirməyəcək”.

Soçi danışıqlarında Rusiya prezidenti bildirmişdi ki, demarkasiya və delimitasiyanın keçirilməsi üçün Bakıya və Yerevana ikitərəfli komissiyanın tərtibi təklif edilib.

XS
SM
MD
LG