Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:02

Deputatın oğlu iki nəfərin ölümünə görə dindiriləcək


Deputat Ç.Qənizadə
Deputat Ç.Qənizadə

Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə iki nəfərin öldüyü qəzaya görə məhkəmədə dindiriləcək. Çünki məhkəmə onun da iştirak etdiyi istintaq hərəkətləri ilə bağlı sənədlərdə pozuntular aşkarlayıb. Söhbət uzun müddət daxili işlər naziri Ramil Usubovun mühafizə xidmətində çalışmış Xəyal Məmmədovun işindən gedir.

X.Məmmədov özü də polis əməkdaşı olub, Abşeron Rayon Polis İdarəsində işləyib. «Range Rover» markalı maşınla iki nəfərin ölümünə səbəb olan yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda suçlanır. Ancaq özünü təqsirli bilmir, deyir ki, qəzanın baş verməsində heç bir günahı olmayıb, hadisə yerindən qaçması barədə ittihamda yazılanlar da yalandır, istər Daxili İşlər Nazirliyinin 102 Xidmətinə, istərsə də Təcili Tibbi Yardıma özü zəng edib xəbər verib. Onun sözlərinə görə, hadisədən sonra ondan Binəqədi Rayon Polis İdarəsində 200 min manat pul tələb ediblər, verməyəndə işi onun əleyhinə yönəldiblər.

X.Məmmədovun işi ilə əlaqədar aylarla məhkəmə araşdırması gedib. Bir müddət əvvəl məhkəmə istintaqı başa çatıb. Prokuror onu təqsirli sayıb, 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Prosessual qaydalara görə, prokurordan sonra təqsirləndirilənin vəkili çıxış etməli, özü son sözünü deməli, ardınca da hökm oxunmalıdır. Ancaq iyunun 7-də bu işə baxan hakimlər gözlənilmədən qərar verib ki, bu vəziyyətdə məhkəmə araşdırmaları yekunlaşa bilməz, çünki iş materiallarında bir sıra uyğunsuzluqlar, pozuntular var. Onların araşdırılması üçün istintaqın təzələnməsinə qərar verilib.

Qəza ilə bağlı sxem imzalanmayıb

Hakim ziddiyyətlərdən biri kimi onu göstərib ki, hadisə yerinə baxış protokolunu imzalayanlar qəza ilə bağlı sxemi imzalamayıblar. Halbuki, etməliydilər. Onların arasında Binəqədi rayon prokurorunun müavini, Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi də olub. Daha iki nəfər polis əməkdaşı – Qalib MəhərrəmovMaşallah Paşayev isə orada olsalar da, ümumiyyətlə, sənədlərin heç birini imzalamayıblar. Ona görə də məhkəmə qərar verib ki, bu dörd nəfərin hamısı dindirilməlidir.

Binəqədi rayon prokurorunun müavini E.Qənizadə deputat Çingiz Qənizadənin oğludur.

Bu qəza ötən il iyunun 12-də Binəqədi qəsəbəsində baş verib. X.Məmmədovun idarə etdiyi «Range Rover»lə Rahib Əliyevin idarə etdiyi «Ford» markalı avtomobil toqquşub. Qəza zamanı «Ford»un sürücüsü və sərnişini hadisə yerində ölüb.

X.Məmmədov deyir ki, sürət həddini aşmayıb: «Əvvəlcə yolda qarşıdan gələn «Mercedes» məni çaşdırdı. Qarşıma çıxanda sağa çəkdim ki, onu vurmayım. Sonra da bu avtomobil qəfildən yoluma çıxdı. Allaha and olsun ki, mənim maşını saxlamaq imkanım olmadı. Məni yolumdan vurub çıxardı. Avtomobilim dərəyə düşəndə alışmağa başladı. Özümü güclə çıxarıb maşın tərəfə qaçdım. Fikirləşdim ki, birdən o maşın da yanar. Arxamca gələn maşın da əzilmişdi. Sürücüsü yanımda idi. Təcili tibbi yardıma zəng edib telefonu ona verdim. Özüm də gedib, o biri maşından rəhmətliklərin meyitlərini çıxardım. Polisə də zəng edib məlumat verdim».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG