Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:13

'Depo' qəsəbəsinin sakinləri: 'Bizim bir arzumuz var...'


İmişli şəhərinin “Depo qəsəbəsi”
İmişli şəhərinin “Depo qəsəbəsi”

“Yollarımız bərbad olduğundan, yağış yağanda uşaqları məktəbə göndərə bilmirik. Beləcə, təhsildən yayınmış olurlar. Qəsəbədə elə küçələr var ki, yolları tam keçilməzdir”.

“Depo qəsəbəsi”ndə illərin arzusu...

İmişli şəhərinin “Depo qəsəbəsi” adlanan ərazisinin azı 20 minlik kontingenti var. İnsanların normal yol arzusu uzun illərdir elə arzu kimi də qalıb.

Buna da bax:​ Aprel döyüşlərinə ayrılan pullar hara getdi?

İmişli şəhərinin “Depo qəsəbəsi”
İmişli şəhərinin “Depo qəsəbəsi”

Yaşayış massivi 22 küçədən və azı, 2 min 500 evdən ibarətdir. Ancaq sakinlər deyirlər ki, nədənsə qəsəbə yolunu abadlaşdıracaq qurumlar bu qədər insanın varlığını unudub. Qəsəbə sakini Şamil Əsədov deyir:

“Bura yaddan çıxmış məkandır. Yollarımız yağışda palçıqlı, quruda toz-torpaqlı olur. Məktəbə, işə gedənlərimizin rahatlığı yoxdur”.

Buna da bax:​ 'Şikayətə başladım, 4 gün sonra vaqonu yandırdılar'

“Dürüst cavab verən yoxdur”

Sakinlər yerli icra hakimiyyətinə dəfələrlə üz tutduqlarını söyləyirlər. Məsələn, Arif Əvəzov deyir, şəxsən özü icra hakimiyyəti aparatına 12 dəfə məktub göndərib və hər dəfə də cavab alıb ki, yolların təmiri dövlət proqramına salınıb, yaxın vaxtlarda əncam çəkiləcək:

“Bizə dürüst cavab verən yoxdur. Mən qoca kişiyəm, çəliklə gəzirəm. İki dəfə ayağım çuxura düşüb, qolum qırılıb. Axırıncı dəfə keçən il martda qolum biləkdən qırıldı, əzabını hələ də çəkirəm. Bir nəvəmin də diz qapağı qırılıb. Yağışlı havada addım atmaq mümkün deyil... Düşürsən çalaya-çuxura, o-bu gəlib çıxarır”.

Qəsəbənin başqa sosial problemləri də var. Ancaq sakinlər deyir, elə bircə yol düzəlsə, qalan işləri yoluna qoymaq asandır.

Buna da bax:​ Zabrat sakinləri: 'Siz deyin, burda insan yaşayarmı?'

İmişli şəhərinin “Depo qəsəbəsi”
İmişli şəhərinin “Depo qəsəbəsi”

“Qaynar xətt”ə bildirildi ki...

İmişli Rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, qəsəbədaxili yolların təmiriylə bələdiyyə məşğul olmalıdır. Sakinlərsə hər dəfə nədənsə bələdiyyəyə yox, icra hakimiyyətinə üz tuturlar: “Yollar, əsasən, su xətləri çəkiləndə o vəziyyətə düşdü. Sovetdənqalma yollardır, müddəti çoxdan keçib. Daxili yolların təmiri ilə, əsasən, bələdiyyə məşğul olmalıdır, bələdiyyəni də başa düşmək mümkündür, vergi yığa bilmir, fondda pul yoxdur”.

Bələdiyyədən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Buna da bax: 'Mənə qalsa, üstümdən traktor da keçsə, çıxan deyiləm'

Sakinlər 3 il əvvəl ərazidə karxana tikintisinə etiraz olaraq aksiya keçirmişdilər. Etiraza səbəb karxana fəaliyyətinin qrunt suları törətməsiydi. Küçələrə axan o sular hə tərəfə üfunət qoxusu yayırdı.

XS
SM
MD
LG