Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 00:06

Depardyeyə qarşı zorlama ittihamı qüvvədə qaldı


Jerar Depardye (solda) və Vladimir Putin 2010-cu ildə Sankt Peterburqda (arxiv fotosu)
Jerar Depardye (solda) və Vladimir Putin 2010-cu ildə Sankt Peterburqda (arxiv fotosu)

Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan Depardye ötən həftə Ukraynadakı müharibəyə qarşı çıxış edib və danışıqlara çağırıb

Fransada məhkəmə martın 10-da keçirilən dinləmədə kino ulduzu Jerar Depardyenin ona qarşı zorlama ittihamının ləğv olunmasına dair vəsatətini rədd edib.

73 yaşlı aktyor ötən il, üç il bundan əvvəl öz evində bir fransız aktrisanı zorlamaqda və ona cinsi təcavüz etməkdə ittiham olunur.

O bu ittihamı “əsassız” adlandırır.

Lakin Paris şəhərinin baş prokuroru Remi Heytz deyib ki, “aktrisa Şarlot Arnoldun Depardyeyə qarşı ittihamının əsaslı olduğunu göstərən sübutlar var və ona qarşı ittihama xitam verilə bilməz”.

Heytz deyib ki, bu cinayət işi üzrə təhqiqat prokurorluqda davam etdiriləcək.

Ukraynada müharibəyə qarşı

Məhkəmə zalında olan Arnold şərh verməkdən imtina etsə də, onun vəkili Karin Duriye-Dibolt AFP agentliyinə müştərisinin “məmnun” qaldığını deyib.

Arnold Depardyedən şikayəti 2018-ci ilin yayında verib. O vaxt aktrisanın 22 yaşı var idi. Aktrisa Depardye tərəfindən onun dəbdəbəli malikanəsində iki dəfə zorlandığını iddia edir.

Depardyeyə qarşı cinayət işi 2020-ci ildə açılıb. O həbs olunmasa da, ədliyyə nəzarətinə verilib.

Depardye 1980-ci illərdə “Son metro”, “Polis” və “Sirano de Berjerak” filmlərindəki rolları ilə məşhurlaşıb.

O 2013-cü ildə Fransanı tərk edərək Rusiya vətəndaşlığı alması ilə qalmaqala səbəb olub. Aktyor bunu Fransada vergilərin yüksək olması ilə əlaqələndirirdi.

Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan Depardye ötən həftə Ukraynadakı müharibəyə qarşı çıxış edib və danışıqlara çağırıb.

XS
SM
MD
LG