Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:55

Demokratlar Trump-ın fövqəladə vəziyyətinə qarşı qətnamə təqdim edəcəklər


ABŞ-ın Nümayəndələr Palatasındakı demokratlar prezident Donald Trump-ın ABŞ-Meksika sərhədində divar tikintisini maliyyələşdirmək üçün fövqəladə vəziyyətdən istifadə etmək cəhdlərinin qarşısını almaq məqsədilə fevralın 21-də qətnamə təqdim edəcəklər.

Qətnamənin təqdim olunması böyük bir ehtimalla haradasa martın ortalarında Nümayəndələr Palatasında səsvermə ilə nəticələnəcək. Bu həm də bir növ demokratların mühacirət siyasəti və ABŞ Konstitusiyasının hakimiyyətlərin paylaşılması prinsipinə münasibətinin ifadəsi olacaq.

Trump ölkənin cənub-qərb sərhədi boyunca tikmək istədiyi divarın maliyyələşdirilməsi məqsədilə fövqəladə vəziyyət barədə bəyannaməni imzalayıb. O iddia edir ki, divarın tikintisindən məqsəd qanunsuz miqrasiyanı buxovlamaq və narkotik nəqlini dayandırmaqdır.

Fövqəladə vəziyyət prezidentə Konqresdən yan keçərək divar tikintisi üçün lazım olan maliyyəyə çıxış verməlidir. Demokrartlar divar tikintisinə qəti şəkildə etiraz edirlər.

Konqres sərhəd hasarının tikintisi üçün Trump-a 1, 4 milyard dollar vəsait ayırıb, lakin bu, onun istədiyi 5, 7 milyard dollardan çox azdır.

Trump fövqəladə vəziyyət barədə bəyannamə ilə yanaşı 35 gün davam edən hökumət qapanmasına son qoyacaq büdcə qanuna da qol çəklib.

Trump divarın tikilməsi üçün özünün icra hakimiyyətindən istifadə edərək başqa mənbələrdən toplam 8 milyard dollar cəlb etmək niyyətindədir.

Bu ziddiyyətli addım vəzifəli demokratlar və bəzi respublikaçılar tərəfindən tənqid edilib. Onlar bildirirlər ki, Trump Konqresdən yan keçməklə çox pis presedent yarada bilər.

ABŞ-ın 16 ştatından ibarət koalisiya da Trump-ın bəyannaməsini dayandırmaq məqsədilə məhkəməyə müraciət edib. Koalisiya Trump-ı səlahiyyətlərini aşmaqda ittiham edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG