Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:11

Demokratlar hökumətin açılması üçün təklif verirlər


ABŞ Konqresinin demokrat üzvləri dekabrın 31-də federal hökuməti açmağa yönəlmiş qanunlar paketi təqdim edirlər. Bu paketə prezident Donald Trump-ın sərhəd hasarı üçün pul ayrılması nəzərdə tutulmayıb.

Nümayəndələr Palatası bu qanunlar paketinə yanvarın 3-də səs verməlidir. Adının çəkilməsini istəməyən sözçü deyib ki, bu, artıq demokratların çoxluğa malik olduğu Nümayəndələr Palatasının ilk qanunvericilik təşəbbüsü olacaq.

Təqdim olunan paketdə Daxili Təhlükəsizlik Nazirliyi üçün indiki səviyyədə - 1, 3 milyard dollar ayrılması nəzərdə tutulur.

Paketə habelə hər iki partiya tərəfindən dəstəklənən 6 qanun layihəsi daxildir. Bunlardan bəziləri artıq Senat tərəfindən təsdiq olunub. Qanunlar - Kənd Təsərrüfatı, Daxili İşlər, Evtikmə və Şəhərsalma nazirliklərinin maliyyələşdirilməsini nəzərdə tutur.

Nancy Pelosi-nin başçılıq etdiyi demokrat millət vəkilləri qanun layihələrinə yanvarın 3-də iki dəfəyə səs vermək niyyətindədirlər. Lakin respublikaçıların çoxluğa malik olduğu Senatın və ya prezident Trump-ın bu qanunları təsdiq edib-etməyəcəyi bilinmir.

ABŞ-da hökumətin qismən qapanması ikinci həftədir ki, davam edir. Hökumət Trump-ın Meksika ilə sərhəddə ucaltmaq istədiyi hasara 5 milyard dollar vəsaitin ayrılmaması üzündən qapanıb. Respublikaçılar, prezident Trump da daxil bütün tərəflər bu təklifləri qəbul etmədən səsvermənin keçirilməsini istəmirlər.

Prezident Meksika ilə sərhəd boyunca hasarın tikilməsində israr edir.

Miqrantlar ABŞ-Meksika sərhəd divarından aşmağa çalışırlar
Miqrantlar ABŞ-Meksika sərhəd divarından aşmağa çalışırlar

Trump dekabrın 31-də yazdığı tvitdə bildirir: “Beton hasarın tikintisi planından HEÇ VAXT ƏL ÇƏKİLMƏYİB. Sərhəd hasarı bəzi yerlərdə tamamilə betondan olmalıdır. Sərhəd Keşiyi ekspertləri sərhəd hasarının o biri tərəfinin görünməsinə üstünlük verirlər. Çünki bilsinlər ki, o biri tərəfdə nə baş verir”.

Trump-ın bu tvitindən əvvəl, onun vəzifəsini tərk edən administrasiya rəhbəri də daxil, rəsmilər işarə edirdilər ki, prezidentin hasarın tikilməsi üçün imzatoplama kampaniyası reklam olunduğu səviyyədə icra edilə bilməyəcək.

Ağ Ev administrasiyasının başçısı John Kelly Los Angeles Times qəzetinə ötən bazar verdiyi müsahibədə bildirir ki, Trump bütün sərhəd boyunca beton hasarın tikilməsi ideyasından əl çəkib.

Kelly bildirib ki, “düzünü desəm, bu divar deyil”. O qeyd edib ki, söhbət “sərhəd boyunca qəfəs formalı polad çəpərdən” gedir.

Prezidentə yaxınlığı ilə tanınan respublikaçı senator Lindsey Graham dekabrın 30-da Ağ Evdə nahardan çıxdıqdan sonra müxbirlərə deyib ki, “hasar sərhəd təhlükəsizliyinin rəmzinə çevrilib”. O deyib ki, sərhəd hasarı dedikdə bütün sərhəd boyunca “fiziki hasar” nəzərdə tutulur.

Graham bunu da deyib ki, Trump miqrasiya barədə daha geniş müzakirələr üçün “açıqdır”.

Graham bundan əvvəl CNN telekanalına demişdi ki, “hasarın maliyyələşdirilməsi olmadan heç bir razılaşmadan söhbət gedə bilməz”.

Graham Lindsey
Graham Lindsey

Federal hökumətin qismən qapanması dekabrın 22-də, Trump mühafizəkarların sərhəd hasarının tikintisi məsələsində möhkəm dayanmaq tələbləri ilə razılaşandan bəri başlanıb. Mühafizəkarlar hasar üçün vəsait ayrılması qərarının dekabrın 2-dək qəbul edilməsini istəyirlər. Bundan sonra Nümayəndələr Palatası demokratların nəzarətinə keçəcək, onlar isə hasar maliyyələşdirilməsinin bloklanması əzmində olduqlarını bildirirlər.

Hər iki tərəf öz mövqeyində möhkəm durduqca hökumət qapanmasının yeni ilə keçəcəyi qaçılmazdır.

Donald Trump özünün seçki kampaniyası ərzində Meksika ilə sərhəd boyunca hasar tikintisinə nail olacağını vəd edib.

O həmin vaxt rəqibi, respublikaçı Jeb Bush-u tənqid edərək bildirirdi ki, hasar deyəndə “çəpəri” yox, əsl beton divarı nəzərdə tutur. O bu barədə Twitter-də yazırdı:

"Jeb Bush burda mənim çəpər çəkmək niyyətimdən danışıb. Bu çəpər deyil, Jeb, DİVARDIR, bunların arasında BÖYÜK fərq var”.

Dekabr 30-da o Obamalara da söz atıb: “Prezident və xanım Obama Vaşinqtondakı malikanələrini hündürlüyü 5 metrlik divarla hasarlayıblar. Mən razıyam ki, bu, onların təhlükəsizliyi üçün zəruridir. ABŞ-ın eyni hasarın daha böyük variantına ehtiyacı var”.

Trump dekabrın 31-də yazdığı tvitdə isə demokratları “tətildən geri qayıdıb” “Divar da daxil Sərhəd Təhlükəsizliyinə” səs verməyə çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG