Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Demokratlar Trump-ı irqçilikdə günahlandırırlar


Nancy Pelosi-ABŞ nümayəndələr palatasının sədri
Nancy Pelosi-ABŞ nümayəndələr palatasının sədri

ABŞ Konqresinin demokrat üzvləri prezident Donald Trump-ı Nümayəndələr palatasının bir neçə qadın üzvü haqda neqativ fikirlərini tənqid ediblər.

Prezident hesab edir ki, onlar ABŞ administrasiyasını tənqid etməməli və əslən olduqları ölkələrdə qayda-qanun yaradılmasına kömək etməlidirlər.

“Konqresin “tərəqqipərvər”demokrat qadın üzvlərini müşahidə eləmək çox maraqlıdır. Hansı ki, tamamilə fəlakət, dünyada ən karrupsiyalaşmış hökumətləri olan ölkələrdən gəliblər. İndi isə dünyanın ən böyük və güclü ölkəsi olan ABŞ-da insanlara uçadan və aqressif şəkildə deyirlər ki, bizim hökumət necə işləməlidir”, Tvitterdə yazıb.

Trump bunu özünün Tvitter səhifəsində yazarkən konkret ad çəkməsə də demokratlar Trumpu irqçilikdə ittiham edirlər.

Çünki Demokrat partiyasının tərəqqipərvər qanadına bu yaxınlarda Konqresə seçilmiş etnik və dini azlıqların qadın nümayəndələri daxildirlər.Məsələn: Alexandria Ocasio-Cortez,Rashida Tlaib və İlhan Omar.

Nümayəndələr palatasının sədri Nancy Pelosi deyib ki, “Trump yenidən ABŞ-ı ağ etmək istəyir. Bizim müxtəlifliyimiz-bizim birliyimiz, bizim gücümüzdür”, Peloci bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG