Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Demokratlar Rusiyanı, Trump kampaniyasını və WikiLeaks-i məhkəməyə verir


Donald Trump və Hillary Clinton teledebat zamanı
Donald Trump və Hillary Clinton teledebat zamanı

ABŞ-ın Demokratik Partiyası Rusiya hökumətinə, prezident Donald Trump-ın seçki kampaniyasına və WikiLeaks təşkilatına qarşı məhkəmə iddiası qaldırıb.

Partiya bunları 2016-cı ilin prezident seçkisini pozmaqda və seçkinin nəticələrini Trump-ın xeyrinə dəyişməkdə ittiham edir.

Aprelin 20-də Manhattan federal sahə məhkəməsinə verilmiş ərizədə iddia edilir ki, Trump kampaniyasının vəzifəli üzvləri və Rusiya hökuməti və onun ən yüksək hərbi kəşfiyyat agentliyi demokrat namizəd Hillary Clinton-a ziyan vurmaq və Trump-a kömək məqsədilə Demokratik Partiyanın kompüter serverlərinə müdaxilə etmək üçün sövdələşməyə giriblər.

Trump-ın 2020-ci il üçün təkrar seçki komitəsi bu məhkəmə iddiasını sadəlövh adlandırıb və bildirib ki, demokratların məqsədi fond toplamaqdır.

Kampaniyanın meneceri Brad Parscale deyib: “Bu, ümidsiz, səriştəsiz və az qala iflasa uğramış Demokratik Partiyanın Rusiya ilə sövdələşməyə dair saxta iddiaya əsaslanan məhkəmə iddiasıdır”.

Lakin Demokratik Milli Komitənin (DNC) sədri Tom Perez məhkəmə iddiası ilə bağlı bəyanat yayıb: Rusiya bizim demokratiyamız üzərinə tammiqyaslı hücuma keçib və Donald Trump-ın kampaniyası qismində özünə əməkdaşlığa hazır və fəal partnyor tapıb:

“Bu misli görünməmiş xəyanət aktıdır: Birləşmiş Ştatlar prezidentliyinə namizədin kampaniyası onun prezidentlik şanslarını artırmaq üçün düşmən xarici dövlətlə birgə komanda təşkil edib”.

İddia ərizəsində DNC-nin serverlərinə haker hücumları barədə təfərrüatlı məlumat verilir və bildirilir ki, Trump-ın müşavirlərinə Rusiyanın Clinton-a dair ziyanlı informasiyaya malik olduğu deyilib.

İddia ərizəsində Trump cavabdeh tərəf kimi göstərilmir, lakin Trump-ın komandasından seçiki kampaniyası zamanı Rusiya ilə əlaqələri olduğu iddia edilən şəxslər hədəflənir.

Bunların arasında prezidentin böyük oğlu Donald Trump, onun kürəkəni Jared Kushner, kampaniya rəhbəri Paul Manafort və onun müavini Rick Gates var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG