Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Demokratlar Ağ Evə oktyabrın 4-dək vaxt verdilər


U.S. -- House Intelligence Committee Chairman, Rep. Adam Schiff, speaks before Acting Director of National Intelligence Joseph Maguire testifies before the House Intelligence Committee on Capitol Hill in Washington, September 26, 2019
U.S. -- House Intelligence Committee Chairman, Rep. Adam Schiff, speaks before Acting Director of National Intelligence Joseph Maguire testifies before the House Intelligence Committee on Capitol Hill in Washington, September 26, 2019

Demokrat millət vəkilləri Ağ Evdən Trump-ın Ukraynadan onun siyasi rəqibi Biden-ə dair araşdırma istəməsinə aid sənədlərin Konqresə verilməsini istəyiblər.

Onlar bildiriblər ki, əks halda bu barədə Konqresin rəsmi tələbnaməsi veriləcək.

Nümayəndələr Palatasının təhqiqat aparan üç komitəsinin sədrləri oktyabrın 2-də bildiriblər ki, Ağ Evə sənədlərin təqdim olunması üçün oktyabrın 4-dək vaxt verilir.

Söhbət prezident Donald Trump-ın Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə iyulun 25-də yer almış telefon söhbəti ilə bağlı sənədlərdən gedir.

ABŞ administrasiyası indiyədək bu sənədlərin verilməsindən imtina edib, Dövlət Departamenti isə özünün beş keçmiş və indiki rəsmisinin Konqresdə ifadə verməsi tələbinə müqavimət göstərib.

Pompeo və Giuliani

Komitə sədrlərinin Ağ Evə göndərdiyi memoda deyilir:

"Ağ Evin sənədlərin könüllü şəkildə verilməsinə dair dəfələrlə edilmiş ricalara açıq etinasızlığı və baş kəşfiyyat inspektorunun səsləndirilən iddiaların ciddiliyinə dair xəbərdarlığı bizə belə bir bildirişlə çıxış etməkdən başqa yol qoymur”.

Memonu Kəşfiyyat Komitəsinin sədri Adam Schiff, Büdcə Ayırmalarına Nəzarət Komitəsinin sədri Elijah Cummings və Xarici İşlər Komitəsinin sədri Eliot Engel imzalayıblar.

Bundan əvvəl demokrat millət vəkilləri dövlət katibi Mike Pompeo və Trump-ın xüsusi vəkili Rudy Giuliani-dən Ukrayna iddialarına aid sənədlərin verilməsini tələb etmişdilər.

Hazırda impiçment araşdırmasının diqqəti Dövlət Departamentinə yönəlib. Departamentin iki diplomatı Konqres qarşısında ifadə verməlidir. Bundan başqa Mike Pompeo Trump-ın Zelenskiy ilə telefon söhbətində iştirak etdiyini etiraf edib.

Trump oktyabrın 1-də sosial media postunda yazmışdı ki, onun barəsində impiçment araşdırması, əslində “çevriliş cəhdidir”.

Pompeo Dövlət Departamentinin beş keçmiş və indiki əməkdaşının Konqres qarşısında andlı ifadə verməsini ləngitməyə çalışır.

O demokratları rəsmiləri “təhdid etməkdə və qısnamaqda” ittiham edib.

Putin narahat deyil

Lakin demokratlar ABŞ-ın Ukraynadakı keçmiş səfiri Marie Yovanovitch-in və Ukrayna üzrə keçmiş xüsusi elçi Kurt Volker-in bağlı qapılar arxasında ifadə verməsinə razılıq ala biliblər.

Yovanovitch komitə qarşısında oktyabrın 11-də ifadə verməyə razılaşıb.

Volker isə Konqres qarşısında oktyabrın 3-də görünməlidir. Volker, onun da adı Trump-ın Zelenskiy ilə söhbətindən verilmiş kəşfiyyat şikayətində çəkildikdən sonra sentyabrın 27-də heç bir izahatsız qəflətən istefa verib.

Oktyabrın 2-də keçirilən mətbuat konfransında Schiff deyib ki, Pompeo-nun şahid ifadələrinə təsir göstərmək cəhdləri Konqres araşdırmasına müdaxilə kimi qiymətləndirilə bilər.

Bu arada demokratlar Trump-ın başqa ölkə liderləri ilə telefon söhbətlərinin də açıqlanmasını istəyiblər.

Söhbət ilk növbədə Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarından gedir.

Putin oktyabrın 2-də deyib ki, o bu söhbətlərin açıqlanmasından narahat deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG