Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:41

Yoluxmaları artıran delta ştammıdır


Çin, arxiv fotosu
Çin, arxiv fotosu

Avstraliyanın 25 milyonluq vətəndaşının 60 faizindən çoxu hazırda sərt lokdaun şəraitində yaşayır

Avqustun 6-da Çində COVID-19-a 80 yeni yoluxma aşkarlanıb. 2019-cu ilin sonunda koronavirus bu ölkədə qeydə alınandan ilk dəfədir bu miqyasda yoluxma aşkarlandığı bildirilir.

Yeni yoluxmaların 58-i şərqi Yanqjou şəhərində tapılıb. Vilayət paytaxtı Nanjinqdə aeroport işçiləri arasında delta ştammı yayılmaqdadır. Digər yoluxma halları isə altı vilayəti əhatələyir. Rusiyayla həmsərhəd İçəri Monqolustan da bu sıradadır.

Ölkə lokdaunlar, səyahət qadağaları tətbiq edir, kütləvi testlər aparır.

80 yoluxma yerli səviyyədə keçib, daha 44 yoluxmanın isə ölkəyə idxal olunduğu bildirilir. Milli Səhiyyə Komissiyası hazırda 1370 nəfərin COVID-19-dan müalicə aldığını, 34-nün ağır vəziyyətdə olduğunu açıqlayıb.

Çin 1.6 milyard dozadan artıq vaksinin vurulduğunu deyir. Amma ölkənin hazırladığı vaksinlərin effektilə bağlı suallar var.

İndiyədək Çində koronavirusdan 4 min 600-dən çox ölüm və 93 mindən artıq yoluxma təsdiqlənib. Real rəqəmlərin daha yüksək olduğu düşünülür.

Cənubi Koreya, ABŞ

Cənubi Koreya isə sosial məsafə qaydalarının böyük Seul ərazisinə də aid ediləcəyini bildirib. Avqustun 6-da ölkədə 1700-dən çox yeni yoluxma aşkarlanıb və ümumi yoluxma sayı 207 mini keçib. Ölü sayı 2 mindən çoxdur.

Birləşmiş Ştatlarda yeni yoluxmalar son altı ayın ən yüksək həddinə çatıb, avqustun 4-də 100 mini keçib. Rəsmilər vaksinasiya səviyyəsi aşağı olan ştatlarda delta ştammının tüğyan etdiyini deyirlər.

Yoluxmalarda artım bir çox şirkətlərin işçiləri ofisə qaytarmaq planlarını təxirə salıb. Amazon bu planını yanvara keçirib. Microsoft, Google, Twitter, Lyft də planlarını ertələyiblər.

Saxta COVID pasportu nə ilə nəticələnə bilər?
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

İtaliyada sentyabrın 1-dən uzun məsafələrə daşıma üçün vaksinasiya pasportu tələb olunacaq. Buraya yüksək sürətli qatarlar, regionlar arası yük maşınları daxildir.

Avqustun 6-dan qapalı məkanda nahar, teatrlar, qapalı üzgüçülük hovuzları, gimnaziyalar, muzeylər və digər toplantı əraziləri üçün də Yaşıl Pasport tələb olunacaq.

Avstraliya, Yaponiya

Avstraliya rəsmiləri avqustun 6-da Sidney sakinlərinə xəbərdarlıq ediblər ki, COVID-19-a yoluxmalarda yeni artıma hazır olsunlar. Həftəsonları lokdauna baxmayaraq, artıq ikinci gündür bu şəhərdə rekord sayda yoluxma təsdiqlənir.

Ölkənin 25 milyonluq vətəndaşının 60 faizindən çoxu hazırda sərt lokdaun şəraitində yaşayır.

Tokio Olimpiadasına bağlı yoluxma sayı isə 387-yə çatıb. Tokioda bir günə 5 mindən çox yoluxma aşkarlanıb.

Təşkilatçılar öz statistikasına 29 yoluxma əlavə ediblər, amma heç birinin atlet, yaxud Olimpiya Kəndi sakini olmadığını deyiblər.

Baş nazir Yosihide Suqanın sözlərinə görə, yoluxmalar “indiyədək heç vaxt görmədiyimiz sürətlə” artır. Amma o, Olimpiya oyunları ilə hər hansı əlaqəni istisna edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG