Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:49

Dünyada Covid 19-un 3-cü dalğası başlayıb


Cenevrə-Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus
Cenevrə-Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus

Dünya Səhiyyə Təşkilatı koronavirusa yoluxma və ölüm hallarının son 4 həftə ardıcıl olaraq ardığını bəyan edib.Təşkilat bunun əsas səbəblərindən birinin, artıq virusun 111 ölkədə peyda olan yeni “Delta” növü ilə bağlı olduğunu deyir.

Reutersin məlumatına görə, bunu Dünya Səhiyə təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus ( Tedros Adhanom Ghebreyesus) bəyan edib.

O,Dünyada koronavirusa yoluxma və ölüm hallarının son 4 həftədə ardıcıl olaraq ardığını qeyd edib.

Təşkilat bunun əsas səbəblərindən birinin, artıq virusun 111 ölkədə peyda olan yeni “Delta” növü ilə bağlı olduğunu bildirib.

Təşkilat xəbərdarlıq edir ki, “Delta” tezliklə Covid 19-un əsas ştamm-ına çevriləcək.

Ghebreyesus, həmçinin peyvəndlərin ölkələr arasında qeyri-bərabər paylanması probleminə də toxunub və bildirib ki, peyvənd çatışmazlığı səbəbindən dünya əhalisinin əhəmiyyətli bir hissəsi infeksiyaya təhlükəsi ilə üzləşib.

O həmçinin hər bir ölkəni bu ilin sentyabrınadək əhalinin azı 10% -ni, ilin sonunadək 40% -i, gələn ilin ortalarına qədər isə 70% -i peyvəndləməyə çağırıb.

Bu hədəfə çatmaq üçün azı 11 milyard dozalıq peyvənd lazımdır.

Koronavirus pandemiyası peyda olduqdan bu yana dünyada ümumilikdə 187 milyondan çox yoluxma və 4 milyondan çox ölüm halı qeydə alınıb.

Reüters yazır ki, təkcə ötən gün ərzində Rusiyada 25 mindən çox yeni yoluxma və 791 ölüm halı olub. Yoluxmaların 5 mindən çoxu Moskvada qeydə alınıb.

XS
SM
MD
LG