Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:24

Xaricdə təhsil üçün pul verib aldananlar...


Arxiv fotosu
Arxiv fotosu

Xaricdə təhsillə məşğul olan “İG Academy” şirkətinin rəhbəri Emin Quliyev yanvarın 16-da məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Bir sıra adamlardan onların özü və ya övladının xaricdə təhsil almasını təşkil etmək məqsədiylə pul alıb, aldatmaqda suçlanan Emin Quliyevə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il həbs cəzası kəsilib. Amma özü də, elə zərərçəkmişlər də hökmdən narazı qalıb. Hər iki tərəf hökmdən apellyasiya şikayəti verib.

Təqsirləndirilən şirkət rəhbəri cəzanın ağır olduğunu deyir, hökmün dəyişməsini istəyir. Zərərçəkmişlər isə verdikləri pulları geri ala bilməmələrindən narazı qalıblar.

Buna da bax: 'Gözəl Bayramlı işi': '100 ədəd ardıcıl, 20 ədəd müxtəlif seriyalı yüzlük dollarlar...'

200 MİNLİK ZİYAN

Bu cinayət işində 6 zərərçəkmiş var. Emin Quliyev onlara ümumilikdə təxminən 200 min manat ziyan vurmaqda təqsirləndirilir. Şirkət rəhbərinə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham verilir.

E. Quliyev özünü qismən təqsirli bilir, zərərçəkmişlərdən pul aldığını təsdiqləsə də, onları aldatmaq niyyətində olmadığını söyləyib.

Zərərçəkmişlərdən Nailə Nəsirovanın şikayətindən sonra “İG Academy”nin rəhbərini DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həbs edib. Bu iş üzrə istintaq da elə bu idarədə aparılıb.

Buna da bax: 'Elə həkimlər var, 30 min maaş alırdı, rəsmi sənəddə az göstərilirdi'

N. Nəsirova təqsirləndirilən şəxsə 40 min manat pul verdiyini deyir və ona dəymiş zərərin ödənilməsini tələb edir.

Başqa bir zərərçəkmiş Elçin Qocayev isə Emin Quliyevə 14 min dollar verdiyini söyləyir. Onun sözlərinə görə, şirkət rəhbəri onun Londonda təhsil almasını təşkil edəcəyinə söz verib, amma vədinə əməl etməyib. Zərərçəkmişin sözlərinə görə, Emin Quliyev həbs olunmamışdan bir neçə gün öncə onun ofisində görüşüb, pulunu tələb edib:

Buna da bax: 'Azercell' abunəçini necə aldadır: 4G deyib 3G belə vermir

“O da iyulun 14-nə qədər pulu qaytaracağına söz verdi. Hətta yazılı kağız da verdi. Amma ayın 12-də mənə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən zəng gəldi, bildim ki, həbs olunub. Elçin Quliyev özü də üzləşmədə məndən pul aldığını təsdiqlədi. Amma mənə onun həbsindən çox pulumun geri qayıtması lazım idi. Çünki təhsilimin arxasınca Londona getmək istəyirdim. Ona görə atası ilə görüşmək qərarına gəldim, ondan ziyanın ödənilməsini istədim. Amma Vaqif Quliyev mənə dedi ki, ‘Emin bilər, sən bilərsən, get, pulunu ondan istə’”.

Vaqif Quliyev Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, Milli Elmlər Akademiyasının üzvüdür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG