Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:27

Bakıda dekoder ajiotajı


TV pultu. ©Shutterstock
TV pultu. ©Shutterstock

Azərbaycanda noyabrın 1-dən, dekoder ajiotajının yaşandığı bildirilir.

Bakı və Abşeronda analoq yayım dayandırılıb, rəqəmsal yayıma keçilib. Köhnə televizorların bir çox sahibləri isə verilişlərə baxmaqdan ötrü öncədən dekoder almayıblar.

Rabitə Nazirliyindən bildirib ki, dekoderləri poçt şöbələrində 22 manata almaq olar.

Əhali bu xəbərdarlıqdan sonra poçt şöbələrinə üz tutub.

Buna da bax:​ Dekoder alın - Teleradio Şurası

“Turan” Agentliyinin xəbərinə görə, ancaq poçt şöbələrinin bir çoxu bundan xəbərsizdir. Məhdud sayda dekoderlərin satıldığı şöbələrdə isə böyük növbələr yaranıb.

Agentliyin müxbiri paytaxtın müxtəlif yerlərində bir neçə poçt şöbəsində olub və hər yerdə vəziyyət eyni olduğunu görüb.

Yasamal rayonunda poçt şöbələrindən birinə satışda cəmi 14 ədəd dekoder verilib. Növbəyə isə yüzlərlə adam dayanıb.

Milli Televiziya və Radio Şurası ötən ay noyabrın 1-dən etibarən Bakı və Abşeronda analoq yayımı dayandırmaq haqqında qərar verib.

Buna da bax: ​MTRŞ: 'Noyabrın 1-dən Bakı və Abşeronda analoq yayım dayandırılır'

Bütün ölkədə isə bu il dekabrın 1-dən etibarən anoloq yayım dayandırılmalıdır.

Həmin qərar verilərkən bir çox ekspert Azərbaycanın rəqəmsal yayıma keçidə tam hazır olmadığını bildirmişdilər. Onlar qeyd edirdi ki, analoq yayımın dayandırılmasından sonra vətəndaşların televiziya yayımına çatımında ciddi problemlər yarana bilər.

Ekspertlərin fikrincə, hökumət öncədən vətəndaşların dekoder əldə etməsinə yardım etməli idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG