Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:24

Novruz şənliyinə gedən azı 83 nəfər Dəclə çayında batıb


Dəclə çayı boyunca xilasetmə əməliyyatı keçirilir
Dəclə çayı boyunca xilasetmə əməliyyatı keçirilir

İraqın şimalındakı Dəclə çayında tutumundan artıq yüklənmiş bərənin batması nəticəsində 71 nəfər ölüb.

Faciə Mosul şəhərinin yaxınlığında martın 21-də Novruz bayramı şənlikləri zamanı baş verib.

Ninəva vilayətindəki mülki müdafiə qərargahının rəisi polkovnik Hussam Khalil deyib ki, çayda boğularaq ölənlərin əksəriyyəti qadınlar və uşaqlardır.

O əlavə edib ki, Dəclə çayı boyunca axtarış əməliyyatı davam etdirilir.

Xəbərlərdə deyilir ki, kişilər, qadınlar və uşaqlarla dolu bərə Novruz şənliklərinin keçirildiyi turist məkanına – Dəclə çayındakı Ümm ər-Rəbbeyn adasına üzürdü.

İraq Daxili İşlər Nazirliyinin sözçüsü general-mayor Saad Maan deyib ki, bərədəkilərdən 55 nəfərini xilas etmək mümkün olub.

Mosul rəsmilərindən birinin dediyinə görə faciə bərədə tutumundan çox adamın olması nəticəsində baş verib. Onun sözlərinə görə bərədə 100-dək sərnişin var idi.

İraqın baş naziri Adel Abdel Mahdi “insidentin dərhal araşdırılmasına” göstəriş verib.

Ölənlərin əsasən kürdlər olduğu xəbər verilir. İraqda martın 21-də Novruzla yanaşı Analar günü də qeyd olunur.

2017-ci ildə İraq qüvvələri Mosul şəhərini özünü İslam Dövləti adlandıran ekstremist qruplaşmadan geri alıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG