Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:36

Keçmiş vise-prezident Joe Biden, aktyor Robert De Niro da bomba ilə hədəflənib


ABŞ rəsmiləri keçmiş prezident Barack Obama, keçmiş dövlət katibi və birinci ledi Hillary Clinton və başqa aparıcı demokratlara ünvanlanmış azı 10 əldəqayırma bombanı göndərən şəxsin axtarışını davam etdirirlər.

Rəsmilər bildirirlər ki, axtarışın başlıca diqqəti Florida ştatına yönəlib. Lakin hakimiyyət orqanları bu informasiyanı təsdiq etmir, habelə nə üçün məhz bu ştatın axtarıldığı barədə şərh vermir.

Xəbər verilir ki, oktyabrın 25-də keçmiş vise-prezident Joe Biden və aktyor Robert De Nironun ünvanlarına da partlayıcı qurğular göndərilib. Onlar göndərilmə sırası ilə 7 və 8-ci hədəf olublar.

Prezident Obama-nın administrasiyasında çalışmış Biden və kino ulduzu De Niro da Trump-ın qatı tənqidçiləri kimi tanınırlar.

Demək olar ki, içində bomba olan bağlamaların hamısı ünvana çatmadan aşkar olunub və partlamayıb.

Müstəntiqlər hazırda bu qurğuların həqiqətən də partlaması və ya sadəcə qorxu və panika yaratması üçün göndərilməsi sualını araşdırırlar.

Bundan bir gün əvvəl ABŞ rəsmiləri bildirmişdilər ki, içində partlayıcı qurğular olan bağlamalar Nyu York, Vaşinqton və Floridadakı ünvanlara göndərilib. Bu hadisə ABŞ-da mövsümarası seçkilərin keçirilməsinə iki həftədən də az qaldığı bir vaxtda baş verir.

Hədəflənən şəxslərin hamısı Demokratik Partiyanın tanınmış üzvləri və əsasən Trump-ın qatı tənqidçiləridir.

Bundan əvvəl şübhəli bağlamalar keçmiş prezident Obama-nın və keçmiş dövlət katibi Hillary Clinton-un evlərinə ünvanlanmışdı. Clinton 2016-cı ilin prezident seçkisində Donald Trump-ın rəqibi idi.

Şübhəli bağlamalar habelə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru John Brennan, keçmiş baş prokuror Eric Holder və Demokratik Partiyanın Kaliforniyadan olan millət vəkili Maxine Waters-ə ünvanlanmışdı.

İlk şübhəli bağlama oktyabrın 22-də milyarder biznesmen George Sorosun evinə göndərilmişdi. O Demokratik Partiyanın ən böyük ianə verənlərindəndir.

Tənqidçiləri Trump-ı özünün ritorikası ilə zorakılığı qızışdırmaqda ittiham edirlər. O isə öz növbəsində “cəmiyyətdəki qəzəbə” görə medianı günahlandırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG