Yanvarın 21-də İsveçrənin Davos şəhərində beynəlxalq iqtisadi forum başlayıb.
AzadlıqRadiosunda olan məlumata görə, 50-ci sesiyada dövlət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və biznes liderləri iştirak edirlər.
Forumda 117 ölkədən 3000-ə yaxın nümayndə iştirak edir.
Foruma dünyanın 36 ölkəsindən milyarderlər də qatılacaq. Mark Zuckerberg, George Soros və Bill Gates-də onların arasındadır.
ABŞ prezidenti Donald Trump-ın forumda çıxışı gözlənir.
Həmçinin Ukrayna prezidenti Vladimir Zelensky, Almaniya kansleri Angela Merkel, Natonun baş katibi Stoltenberg, BMT-nin baş katibi Antonio Guterres və Avropa Mərkəzi Bankı-nın sədri Christine Lagarde-nin çıxışları planlaşdırılıb.
Rusiya prezidenti Vladimir Putin Forumda iştirak etmir. Rusiyanı toplantıda iqtisadiyyat naziri təmsil edəcək.
Forumda yeni texnologiyaların inkişafı və kibertəhlükəsizliyi, səhiyyə sahəsindəki problemlər, gələcək ”əmək bazarı” və biznes, həmçinin hərbi münaqişələrin həlli müzakirə ediləcək.
Builki toplantının əsas məsələlərindən biri ekologiya olacaq.
Form çərçivəsində 2020-ci ildə iki qlobal layihəhəyə start verilir.
Bunlar təxminən 1 milyard nəfəri əhatə edəcək təhsil proqramı və yer kürəsində 1 milyar ağac əkmək təşəbbüsüdür.
Forum yanvarın 21-dən 24-ə kimi davam edəcək.