Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:13

Daşınmaz əmlak bazarında süstlük


Ev dəllalı: "Çoxu evini kredit borcuna görə satır"
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Ev dəllalı: "Çoxu evini kredit borcuna görə satır"

2016-cı ilin birinci yarısında Azərbaycanda 83.2 min daşınmaz əmlak obyektinə mülkiyyət sənədi verilib. Bu, ötən ilin eyni dövründən 21.3 faiz azdır.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hesabatında məlumat verilir.

Daşınmaz əmlak bazarında aktivliyin azalması özəl və bələdiyyə torpaq sahələrinin ticarəti seqmentin hesabına olub. Torpaq sahələri üzrə əqdlər 2015-ci ilin birinci yarısı ilə müqayisədə 29.1 faiz azalıb.

Bu il mənzil bazarında isə müəyyən sabitlik olub. 2015-ci ilin birinci yarısında 22 min 518 daşınmaz əmlak hüququ qeydiyyata alınıb. Bu il (21 min 827) bu göstərici cəmi 4 faiz azalıb.

Müstəqil iqtisadçılar bunu əhalinin alıcılıq qabiliyyətinin düşməsi ilə izah edirlər. Ötən il ölkədə iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Ancaq buna baxmayaraq, daşınmaz əmlakın qiymətində ucuzlaşma müşahidə edilir. Müstəqil iqtisadçılar hesab edirlər ki, iqtisadi geriləmə, əhalinin pul gəlirlərinin aşağı düşməsi bu mənzərəni yaradan başlıca amillərdir.

XS
SM
MD
LG