Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Daşnaklar hakimiyyətdən gedir


Erməni İnqilabi Federasiyasının lideri Ağvan Vardanyan
Erməni İnqilabi Federasiyasının lideri Ağvan Vardanyan

Erməni İnqilabi Federasiyası və ya Daşnaksutyun Patiyası bəyan edib ki, hakimiyyət koalisiyasını rəsmən tərk edir.

Hazırda Yerevanda hakim Respublikaçı Partiyanın hakimiyyətdən getməsini tələb edən etirazlar yeni vüsət alıb.

Daşnaksutyun aprelin 25-də verdiyi bəyanatda bildirir ki, “hazırkı vəziyyəti nəzərə alaraq siyasi koalisiyadakı fəaliyyətini dayandırır”.

Bəyanatda qeyd olunur ki, parlamnet “xalqın etimadına malik” baş nazir seçməlidir.

Dahşnaktsutyun parlamentdə cəmi 7 mandata malikdir. Bu isə o demıəkdir ki, 105 yerlik parlamentdə 58 mandatı olan Respublikaçı Partiya onlarsız da mütləq çoxluğa malikdir.

Lakin Yerevanm küçələrində etirazların səngiməməsi RP-nin hakimiyyətdə qalmasının perspektivlərini azaldır.

Yerevanda müxalifət tərəfdarları yenidən küçələrə axışıb
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Aprelin 25-də müxalifətçi millət vəkili və etirazların lideri Nikol Paşinyan hakim partiyanın üzvü, baş nazir əvəzi Karen Karapetyanla nəzərdə tutulan danışıqlar ləğv olunduqdan sonra tərəfdarlarını etirazları davam etdirməyə çağırıb.

Etirazçıların böyük əksəriyyəti hakim partiyanın bütünlüklə hakimiyyətdən getməsini istəyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG