Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 07:34

Dağlıq rayonlarda dolu gözlənir


arxiv foto

Mayın 19-da Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-18, gündüz 24-28, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti proqnozlaşdırılır.

Mayın 19-da Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var.

Gecə 13-18, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG