Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:48

Qarabağdakı qondarma rejim hərbi təlimlər keçirdiyini bildirir


Dağlıq Qarabağ - qondarma rejimin "müdafiə naziri" Levon Mnatsakanian (ortada) hərbi təlimləri izləyir. 28 iyun, 2018

Qarabağdakı qondarma rejim qoşunların təmas xəttinin şərq istiqamətində yerləşən hərbi hissələrin birində taktiki təlimlər keçirdiyini bildirir.

Bu haqda Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

Məlumata görə, təlimlərdə döyüş atışı keçirilib, "həm müdafiə, həm də hücum səciyyəli hərəkətlər icra olunub.

Hərbi təlimlərin ssenarisinə görə, "ön cəbhədə keşik çəkən batolyonların birinin hərbçiləri hücuma keçmiş düşmənlə döyüşə giriblər, düşmənin daha da irəliləməsinə imkan verməyərək əks-hücuma keçiblər, onun mümkün qədər çox itki verməsinə nail olublar"

Azərbaycanın Müdafiə Nazirliyinin işğal olunmuş ərazilərdə keçirilən bu təlimlərə reaksiyası bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG