Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:46

Danimarka polisi ‘terroru alqışlayan’ üç iranlını saxlayıb


Danimarka hakimiyyət orqanları bildirir ki, İran müxalifətinin mühacirətdəki qrupunun üç üzvü terrorçuluğu dəstəkləməkdə şübhəli kimi saxlanıb.

Polis noyabrın 7-də bildirib ki, üçlük ötən sentyabrda İranın Əhvaz şəhərində törədilmiş qanlı hücumu alqışlamaqda ittiham olunur.

Şübhəlilərə qarşı ilkin ittihamlar irəli sürülüb. Əgər təqsirli bilinsələr, onlar cərimə və ya iki il müddətinə həbsxana cəzası ilə üzləşə bilərlər.

Bu üç nəfərin Əhvazın Azadlığı uğrunda Ərəb Mübarizə Hərəkatının üzvləri olduqları xəbər verilir. İran separartçı hesab etdiyi bu qruplaşmanı sentyabr hücumuna görə məsul bilib.

Ötən ay Danimarkanın PET təhlükəsizlik Xidməti İran kəşfiyyatını sözü gedən qruplaşmanın Danimarka bürosu liderinin qətlini hazırlamaqda ittiham etmişdi. Tehran bu ittihamları rədd etmiş və bildirmişdi ki, bu ittihamlar İranın Avropa İttifaqı ilə münasibətlərinin pozulması üçün qondarılıb.

Danimarka polisinin sözçüsü Bjoerke Kierkegaard deyib ki, saxlanmış üç İranlı sentyabrın 22-də Əhvaz şəhərində keçirilən parad zamanı qətliam törətmiş 5 silahlını alqışlamaqda ittiham edilir. Bu hücum nəticəsində 25 nəfər həlak olmuşdu.

İrandan ayrılaraq müstəqil ərəb dövləti qurmağı məqsəd qoymuş Əhvazın Azadlığı uğrunda Ərəb Mübarizə Hərəkatını sözü gedən zorakılığı pisləyib və hücumla heç bir əlaqəsinin olmadığlını bəyan edib.

Bu arada İran əsilli bir Norveç vətəndaşı Danimarka torpağında İran müxalifət liderinin qətlini planlaşdırmaqda şübhəli kimi saxlanaraq Danimarkaya ekstradisiya edilib. Həmin şəxs özünə qarşı ittihamları rədd edir.

Bu hadisələrlə bağlı Kopenhagen İrandakı səfirini məsləhətləşmə üçün geri çağırıb. Danimarka bildirir ki, bu işlə əlaqədar İrana mümkün sanksiyaların qoyulması üçün Avropa müttəfiqləri ilə məsləhətləşmələr keçirəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG