Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Azərbaycanda koronavirusa 6 yeni yoluxma aşkarlanıb


Azərbaycanda koronovirusa 6 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə bu gün, martın 17-də axşam saatlarında Azərbaycan Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat yayılıb.

Qurumdan verilən xəbərə görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

“Hazırda Azərbaycanda 27 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir”, qurum bildirir.

Bununla da bu vaxta qədər Azərbaycanda rəsmi şəkildə koronavirus aşkarlanan şəxslərin sayı 34-ə çatır.

Onlardan altısının sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb.

Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan da ondan bir neçə gün sonra, fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.

Bu müddət sonra daha iki həftə uzadılıb. Bundan başqa, Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri martın 15-dən etibarən müvəqqəti olaraq dayandırılıb.

Martın 14-dən etibarən də Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb.

Sabah martın 18-dən etibarən isə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılmalıdır.

Son bir neçə ayda dünyada bu virusdan 7 min civarında şəxsin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG