Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:57

Daha 3 nəfərin koronavirusa yoluxduğu açıqlandı


tTehran, arxiv foto

İrandan qayıdan Azərbaycanın daha üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Məlumatda deyilir ki, 1938-ci il təvəllüdlü vətəndaş İrandan qayıtdıqdan bir müddət sonra səhhətində yaranmış problemlə bağlı xəstəxanaya müraciət edib. Müayinə zamanı onda pnevmoniya müəyyən edildiyi, laborator analizin isə koronavirus infeksiyasına yoluxma faktını təsdiqlədiyi bildirilir.
Pasiyentin vəziyyətinin kafi olduğu qeyd olunur.

Digər iki şəxsin – 1993 və 1994-cü il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan tələbələr olduğu deyilir. Məlumata görə, onlar sərhədi keçərkən karantinə alınıblar və müayinə zamanı onlarda da koronavirus infeksiyası aşkarlanıb. Onların səhhətinin normal olduğu, hərarətlərinin olmadığı bildirilir.

Beləliklə, rəsmi məlumata görə Azərbaycanda koronavirusa yoluxanların sayı 9 oldu. Onların hamısının vəziyyətlərinin sabit olduğu, bu virusdan ölüm hadisəsi qeydə alınmadığı, həmin şəxslərin hamısının infeksiyanın sürətlə yayıldığı İrandan gəldiyi deyilir.

XS
SM
MD
LG