Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:21

ABŞ Dağlıq Qarabağda atəşkəsin pozulmasından narahatdır


ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert
ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert iyunun 21-də bildirib ki, Birləşmiş Ştatlar son günlər Azərbaycan və Ermənistan qüvvələri arasındakı Təmas Xətti boyunca atəşkəsin pozulmaslından və bunun nəticəsində çoxsaylı itkilərin baş verməsindən dərin narahatlıq keçirir.

Bəyanatda deyilir ki, Vaşinqton, tərəfləri eskalasiyadan çəkinməyə, Təmas Xətti, habelə Ermənistan və Azərbaycanın beynəlxalq sərhədi boyunca gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə çağırır.

Bundan əvvəl, iyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri xoş məram və siyasi iradə ilə danışıqları mahiyyəti üzrə bərpa etməyə çağırmışdılar.

Onlar bildirmişdilər ki, danışıqlar regionda davamlı sülhün bərqərar edilməsi üçün yeganə yoldur.

ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunur ki, Birləşmiş Ştatlar tərəflərlə intensiv əlaqələrini saxlayır.

Bəyanatda bu da bildirilir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktına uyğun, o cümlədən zorakılıqdan imtina edilməsi, ərazi bütövlüyü və öz müqəddaratını müəyyən etmə prinsipləri əsasında həllinə inanır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG