Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 08:53

Dağlıq ərazilərdə qar gözlənir


Qax rayonu, İlisu kəndi I, 21 fevral 2014

Martın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir.
Lakin martın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyinin əsəcəyi, gündüz onun cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 2-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bəzi rayonlarında isə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG