Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:07

Bakıya yağış, dağlara qar yağacaq


Dekabrın 17-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru yağış yağacağı gözlənir.

Mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-5, gündüz 5-7, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti proqnozlaşdırılır.

Nazirliyin xəbərdarlığına görə, dekabrın 18-də yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı təxmin edilir.

Azərbaycanın rayonlarında da dekabrın 17-də havanın əsasən yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə 1-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti təxmin edilir

Xəbərdarlığa əsasən, dekabrın 17-si günün ikinci yarısından 19-dək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Temperaturun ötən günlərlə müqayisədə 5-7 enəcəyi, çaylarda sululuğun artacağı təxmin edilir.

XS
SM
MD
LG