Keçid linkləri

Təcili xəbərlər
2023, 20 Mart, Bazar ertəsi, Bakı vaxtı 16:34

İlham Əliyevin babasına abidə qoyulacaq


Əziz Əliyev
Əziz Əliyev

►Prezident İlham Əliyevin ana babası, vaxtilə Mahaçqalada Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi olmuş Əziz Əliyevin xatirəsinə abidə ucaldılacaq.

Virtualaz.org Dağıstan mediasına istinadən xəbər verir ki, abidə ətrafında park da salınacaq.

Əziz Əliyevin şərəfinə ucaldılacaq abidənin ümumi ərazisi 900 kv. m-dən çox olacaq.

Abidə Abubakarov və Əziz Əliyevin öz adını daşıyan küçələrin kəsişməsində qoyulacaq.

Əziz Əliyev (1897-1961) tibb elmləri doktoru, professor, həm də, dövrünün tanınmış dövlət xadimi olub.

Azərbaycan Tibb İnstitutunun qurucularından olub, özü də 5 il institutun rektoru işləyib.

Buna da bax: Azərbaycan İslam oyunlarında açıq geyimdə!

1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb.

O, 1949-1950-ci illərdə Moskvada ÜİK (b) P MK-nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib.

XS
SM
MD
LG