Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Azərbaycan Ordusu itki verib


Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

Ötən gün Azərbaycan və Erməni qüvvələri arasındakı döyüşdə Azərbaycan tərəfinin bir əsgəri, Nurməmmədzadə İbrahim Əvəz oğlu həlak olub.

Bu haqda Azərbaycan Müdafiə Nazirliyi öz internet saytında yazır. Məlumata görə, qarşı tərəf azı iki hərbçi itirib, dörd yaralı var.

Məlumatda deyilir ki, ötən gün və gecə erməni qüvvələri təxribat törətməyə cəhd edib, onların atəş nöqtələri və mövqelərinə qarşı müxtəlif çaplı silahlardan dəqiq zərbələr endirilib.

Nazirliyin məlumatına görə, ötən həftə ərzində Erməni qüvvələri azı 18 hərbçi itirib, 20-dən artıq yaralı var.

Nazirlik Azərbaycan tərəfinin həftə ərzində itkiləri barədə bildirməyib, amma dekabrın 14-dən 20-ə qədər olan rəsmi məlumatlara görə, azı dörd Azərbaycan hərbçisi həlak olub.

XS
SM
MD
LG