Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

D18 Hərəkatı: ‘Gənc fəal saxlanıb’


Zaur Rövşənliyə 10 sutka həbs cəzası verilib
Zaur Rövşənliyə 10 sutka həbs cəzası verilib

D18 Hərəkatından bildirirlər ki, bu qurumun İdarə Heyətinin üzvü Zaur Rövşənli noyabrın 7-də saxlanıb.

Hərəkatın rəhbəri Ruslan İzzətlinin AzadlıqRadiosuna deməsinə görə, noyabrın 8-də Zaur Rövşənli Nizami Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası alıb.

Gənc fəalın İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanunu tələbinə tabe olmamaq) təqsirli bilindiyi vurğulanır.

“Zaur Rövşənli noyabrın 7-də metronun “Koroğlu” stansiyası yaxınlığında taksiyə minərkən saxlanıb.Dövlət Yol Polisinin əməkdaşları bildirib ki, Zaur Rövşənli onların tələbinə tabe olmayıb. Zaur isə deyir ki, polis onu təhqir edib. Məhkəməyə hal şahidləri də gətirdilər və 10 sutka həbs qəraraı çıxarıldı”, İzzətli qeyd edib.

O məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

Bu açıqlamaya, hələlik, Nizami Rayon Məhkəməsi və başqa sözü gedən rəsmi qurumdan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

D-18 Hərəkati 2013-cü ildə yaradılıb.

Müxalif fikirli insanların toplaşdığı hərəkat ölkədə demokratik cəmiyyət qurulmasını prioritet hesab edir.

XS
SM
MD
LG