Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Dəmir yolu sovet irsindən nə vaxt xilas olacaq?


"Heykəl məhbusu" universitetdən qovuldu
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

"Heykəl məhbusu" universitetdən qovuldu

20 yaşlı Nigar Cəfərova Azərbaycan Dillər Universitetində oxuyur. Hər gün dərsə Bakının Albalılıq qəsəbəsindən gəlib-gedir. Deyir ki, əvvəllər onların qəsəbəsindən 28 May metrosunun yanına qədər elektrik qatarı işləyirdi. Amma sonradan bu qatarlar işini dayandırıb:

“Yadıma gəlir ki, balaca olanda atam məni elektrik qatarı ilə Bakıya rəqs dərslərinə gətirirdi. Çox rahat idi, üstəlik də yarım saata, uzağı 40 dəqiqəyə Bakıya çatdırdıq. Bu da əhali üçün həm rahat, həm də sərfəli idi. Amma hardasa 2006-2007-ci illərdə, mən artıq məktəbə gedəndə qatarlar işini dayandırdı. Bundan sonra bizim Bakıya gediş-gəlişimiz çox ağırlaşdı. Hər gün xeyli çətinliklərlə üzləşirik. Mən indi normalda Bakıya iki saata, saat yarıma gedib çıxa bilirəm. Albalılıq qəsəbəsindən Buzovnaya, ordan Koroğlu metrosuna, metro ilə isə 28 maya gedirəm. Yəni, mən Bakıya gələnə kimi 2 avtobus, bir maşın bir metro dəyişirəm”.

Nigar Cəfərova deyir ki, təkcə onun gündəlik yol xərci 5 manat tutur. Bunun tələbə üçün olduqca böyük məbləğ olduğunu deyən Nigar ümid edir ki, əvvəlki kimi Bakı ətrafı kənd və qəsəbələrə elektrik qatarları işləyəcək. O da həm vaxtına, həm də puluna qənaət edə biləcək.

Prezident İlham Əliyev müasir Bakı-Sumqayıt qatarında (2016)
Prezident İlham Əliyev müasir Bakı-Sumqayıt qatarında (2016)

Bakıətrafı dairəvi dəmir yolu

Bəs, “Azərbaycan Dəmir Yolları” QSC-nin belə bir planı varmı? Bir il öncə 2018-ci ildə prezident İlham Əliyev “Bakı ətrafı Dairəvi Dəmir yolunun” layihə smetasının hazırlanması haqda tapşırıq vermişdi. İndi işlər hansı yerdədir?

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyir ki, artıq işlərə başlanıb. Uzunluğu 107 kilometr olacaq yollarda təmir işləri gedir. Yolun Sumqayıt-Sabunçu hissəsində işlər yekunlaşmaq üzrədir:

“2019-ci ilin ortalarında Koroğlu metro stansiyasının yaxınlığından keçməklə, Bakıxanov, Sabunçu, Zabrat-1, Zabrat-2, Məhəmmədi, Fatmayi, Novxanı, Sumqayıt stansiyalarını birləşdirən dəmir yolu xəttinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu yolda təmir işləri başa çatandan sonra Bakı ətrafı qəsəbə və kəndlərin əhalisi dəmiryolu xidmətindən istifadə etməklə nəqliyyat problemi qismən aradan qaldırılacaq. Dairəvi dəmir yolu boyunca yerləşən kəndlərdə yaşayanlar elektrik qatarlarından istifadə etməklə mənzil başına rahat və daha tez çata biləcəklər”.

Rayonlarda da elektrik qatarları olacaq

Sevinc Qədirova deyir ki, bundan başqa Azərbaycanın müxtəlif rayon və şəhərlərinə də yeni dəmiryolunun çəkiliş planlaşdırılır. Ləki-Qəbələ xətti üzrə işlər artıq başlayıb. Yeni dəmir yolu xəttinin Ağdaşdan keçərək, Qəbələ hava limanınadək çəkilməsi nəzərdə tutulur. Onun sözlərinə görə Qusar-Şahdağ kurortuna da yeni xəttin çəkilməsi işləri gedir.

O, bildirir ki, əsas məqsəd həm yerli əhalinin, həm də turistlərin mənzil başına rahat çatmasını təmin etməkdir.

Nəqliyyat eksperti İlqar Hüseynli yeni dəmiryollarının çəkilişini müsbət addım sayır və buna ciddi ehtiyac olduğunu vurğulayır. Amma təəssüflənir ki, bütün görülən işlərə rəğmən bu sahədə fundamental inkişaf yoxdur. Müəyyən kosmetik dəyişiklər var, amma bu da tam standartlara cavab vermir. Onun fikrincə, əsasən də təhlükəsizlik qaydalarının inkişafına ehtiyac var:

"İllər öncə əsas yollarda şlaqbaumlar varıydı. Amma bu gün kifayət qədər əsaslı yollardan şlaqbaumlar götürülüb. Xidmət postları yoxdur. Bu da qatarlarla sərnişin nəqliyyatlarının toqquşması ilə nəticələnir, insanlar tələf olmasına gətirib çıxarır".

Sovet elektrovozları

İlqar Hüseynli son illər bu sahədə görülən işləri dəmir yollarındakı problem və çatışmazlıqları aradan qaldırmaq üçün kifayət saymır. Onun fikrincə, yeni dəmiryolu xətlərinin çəkilməsinə, sovet dönəmindən qalma qatarların yenilənməsinə və keyfiyyətin artırılmasına ehtiyac var:

“Sərnişin daşımasında istifadə olunan vaqonların durumu ürəkaçan deyil. İstisnalar var. Məsələn, Bakı-Gəncə istiqamətində yeni qatarlar istismara verilib. Amma əfsuslar olsun ki, digər istiqamətlərdə biz sovet dönəmindən qalma vaqonlardan, elektrovozlardan istifadə edirik. Təkcə Azərbaycan daxilində deyil, Azərbaycan kənarına, xüsusilə, Gürcüstan, Rusiya və Ukraynaya gedən qatarların vaqonlarında da kiyafət qədər ciddi narahalıqlar var”.

İlqar Hüseynlinin fikrincə, bəzi dəmiryolu xətlərinin özlərinin də yenilənməsinə ciddi ehtiyac duyulur. Bildirir ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçün köhnəlmiş dəmiryolu xətlərinin yenilənməsinə ciddi zərurət var.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:

Dəmiryol qatarlarında xidmətin keyfiyyəti sizi nə dərəcədə qane edir?
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Azərbaycan Dəmir Yolları bu sahədə son illər ciddi işlər görüldüyünü bildirsə də, müstəqil ekspertlər görülən işləri qənaətbəxş hesab etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG