Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:04

Düzünü kim deyir? Avropa, yoxsa Erdoğan?


Boiko Borisov (solda) və Recep Tayyip Erdoğan
Boiko Borisov (solda) və Recep Tayyip Erdoğan

Bolqarıstan baş naziri Boyko Borisov martın 2-də 2016-cı il “qaçqın sazişinin” iflasında Avropa İttifaqını günahlandıran Türkiyə prezidenti Recep Tayyip Erdoğana dəstək verib.

İki lider Ankarada Türkiyənin minlərlə qaçqına Avropa İttifaqı ölkələrinə getmək imkanı verməsini müzakirə etdikdən sonra birgə mətbuat konfransı keçirib.

Erdoğan minlərlə qaçqın üçün Avropaya gedən qapıları açmasına haqq qazandırıb və Avropa İtttifaqını “qaçqın sazişinə” görə Türkiyəyə çatacaq 6, 6 milyard avronu verməməkdə ittiham edib.

Bu pula hazırda Türkiyə ərazisində olan 3 milyon Suriya qaçqını üçün evlər tikilməliydi.

Erdoğan bu barədə deyib:

“Biz indiyədək 40 milyard avro xərcləmişik. Onlar vəd etdikləri 6 milyard avronu vermirlər. İndi deyirlər ki, sizin üçün 1 milyard avro ayıracağıq. Siz kimə yalan deyirsiniz? Biz bu pulu daha istəmirik. Biz bu pulu özümüz taparıq”.

Borisov deyib ki, “Avropa İttifaqı bu pulun Türkiyəyə verilməsinə səs verib və mən başa düşmürəm ki, pul indiyədək niyə verilməyib”.

Avropa Komissiyası israr edir ki, pul tam məbləğdə ödənib, hərçənd onu birbaşa Türkiyə dövlətinə yox, qaçqın təşkilatlarına köçürüblər.

Avropa İttifaqı eyni zamanda işarə edib ki, qarşıdan gələn illərdə Türkiyəyə bir neçə milyard avro verə bilər.

Almaniya kansleri Angela Merkel deyib ki, Almaniya Suriyada Türkiyənin nəzarətində olan ərazilərdə qaçqınlar üçün evlərin tikilməsinə hazırdır.

Türkiyə hakimiyyət orqanlarının martın 2-də bildirdiyinə görə artıq on minlərlə miqrant Avropa İttifaqı ərazisinə keçib.

Erdoğan deyib ki, təxminən 1, 5 milyon insan İdlibdəki evlərindən çıxıb və Türkiyə sərhədinə yaxınlaşır:

"Təəssüf ki, Avropa İttifaqı ölkələri Türkiyənin 9 ildir daşıdığı yükü anlamaz. Ya biz bu adamlara öz torpaqlarında ləyaqətlə yaşamaq imkanı yaratmalıyıq, ya da bu yükdən hərə öz payını götürməli olacaq. Birtərəfli qurban dövrü qurtardı”.

Afina: Türkiyə rəqəmləri şişirdir

Martın 2-də verdiyi bəyanatda Yunanıstan hökuməti bildirib ki, sərhədi bağlayıb və Türkiyədən gələn qaçqınların heç birini qəbul etməyəcək.

Lakin BMT İnsan Haqları Şurası bildirir ki, Yunanıstanın sığınacaq prosedurlarını dayandırması legitim addım deyil.

BBC xəbər verir ki, Avropa Şurasının prezidenti Charles Michel və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen martın 3-də Yunanıstanın baş naziri Kyriakos Mitsotakislə birlikdə sərhəd bölgəsinə yollanacaqlarını deyiblər.

Bu arada Yunanıstan Türkiyə rəsmilərinin guya artıq 100 min qaçqının Avropa İttifaqı ərazisinə keçməsi barədə bəyanatlarını təkzib edib.

Afina bildirib ki, gün ərzində 10 minədək qaçqın sərhəddən geri qaytarılıb.

Bloomberg də sərhədi keçə bilməyən minlərlə qaçqının düşərgələrə və sığınacaqlara qayıtdığını yazır.

Müstəqil müşahidəçilər də Türkiyə rəsmilərinin sərhədi keçmiş qaçqın sayı haqqında məlumatının on dəfələrlə şişirdildiyini bildirirlər.

Onların məlumatına görə yalnız bir-neçə yüz miqrant sərhədin o tayına keçə bilib və bunların böyük bir hissəsini suriyalılar yox, iranlılar və əfqanlar təşkil edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG