Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 16:57

Dünyada işləyən uşaqların sayı 160 milyona çatıb


Qırğızıstanda işləyən uşaqlar, 2020-ci il
Qırğızıstanda işləyən uşaqlar, 2020-ci il

Hər dörd ildən bir dərc olunan hesabatda işləyən uşaqların 70 faizinin kənd təsərrüfatı sektorundun payına düşdüyü vurğulanır

Son 20 ildə ilk dəfə olaraq dünyada uşaq əməyinin miqyası artıb. BMT iyunun 10-da koronavirus pandemiyasının milyonlarla uşağa risk yaratması haqda xəbərdarlıq edib.

Dünyada işləməyə məcbur qalan uşaqların sayı 160 milyona yüksəlib. Son 4 ildə bu rəqəm 8.4 milyon nəfər artıb. Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT-nin uşaq agentliyi olan UNICEF birgə hesabat yayıblar.

“Uşaq əməyi ilə mübarizədə uduzuruq, son bir ildə isə mübarizə asanlaşmayıb”, – UNICEF-in İcraçı Direktoru Henrietta Fore deyib.

“Artıq ikinci ildir dünyada lokdaun rejimləri qüvvədədir, məktəblər bağlıdır, iqtisadiyyat pozulub, milli büdcələr kiçilir, ailələr də ürəkparçalayan seçimlər etməli olurlar”, – o, sözlərinə əlavə edib.

13 yaşlı uşaq hansı şəraitdə güllələnib? Ailə narazıdır
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

Hər 10 uşaqdan biri

Dünyada hər 10 uşaqdan təxminən birinin əməklə məşğul olduğu bildirilir. Hesabatda səhiyyə, təhsil və rifaha təhdidlərin qalması haqda xəbərdarlıq edilir.

Saharaaltı Afrika ən çox ziyan görmüş regiondur. Amma BMT-nin qurumları COVID-19-un Asiya və Latın Amerikası kimi regionlarında proqresə də təsir göstərdiyini bildirirlər.

İşləyən uşaqların sayı 2016-cı illə eyni qalıb, amma əhali artımı müvafiq rəqəmlərin də artması deməkdir.

2000-2016-cı illərdə işləyən uşaqların sayı 94 milyon nəfər azalmışdı.

Hesabatda deyilir ki, pandemiyanın iqtisadi fəsadları və məktəblərin bağlanması səbəbindən 2022-ci ilin sonunadək daha 9 milyon uşaq əməklə məşğul olmaq riskiylə üzləşə bilər. Sosial qorumalar olmazsa, bu rəqəm 46 milyona qalxa bilər.

70 faiz kənd təsərrüfatı sektorunda

Hər dörd ildən bir dərc olunan hesabatda işləyən uşaqların 70 faizinin kənd təsərrüfatı sektorundun payına düşdüyü vurğulanır.

Dünya üzrə göstəricinin yarıdan çoxu 5-11 yaşlı uşaqların payına düşür ki, bu da onlara fiziki və zehni risk yaradır. Uşaqların üçdə biri üçün həftəyə düşən iş saatı məktəbə getməyi mümkünsüz edib.

Digər narahatedici tendensiyaya gəlincə, təhlükəli işdə çalışan 5-17 yaşlı uşaqların sayı 6.5 milyon nəfər artaraq 79 milyona çatıb.

“Uşaqların yeni bir nəslinə risk olduğu halda sakit dayana bilmərik. Yenilənmiş öhdəlik və enerji, kritik durumdan çıxmaq, yoxsulluq və uşaq əməyi siklini qırmaq lazımdır”, – BƏT-in Baş direktoru Qay Rayder deyib.

XS
SM
MD
LG