Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Dünyada bir gündə rekord sayda yoluxma olub (VIDEO)


Hindistan yeni yoluxmaların sayına görə liderdir
Hindistan yeni yoluxmaların sayına görə liderdir

Dünya Səhiyyə Təşkilatı (DST) sentyabrın 14-də bildirib ki, son 24 saat ərzində dünya boyunca koronavirusa 307 min 930 yeni yoluxma olub.

Reuters yazır ki, yoluxmaların ən çox qeydə alındığı ölkələr Birləşmiş Ştatlar və Braziliyadır.

Son bir gün ərzində koronavirusdan 5537 ölüm qeydə alınıb və beləliklə COVID-19-dan qlobal ölüm sayı 917 min 417-yə çatıb.

Hindistanda bir gün ərzində yoluxanların sayı 94 min 372 olub. ABŞ-da 45 min 523, Brazilyada isə 43 min 718 yeni yoluxma qeydə alınıb.

Birləşmiş Ştatlarda və Hindistanda bir gündə ölənlərin sayı 1000 nəfəri keçib, Brazilyada isə COVID-19-dan 874 nəfər vəfat edib.

Yoluxmalar iki dəfə azaldı
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

ABŞ və Braziliyada yoluxmalar azalır

DST-nin bundan əvvəl, sentyabrın 6-da açıqladığı rekorda görə bir gündə koronavirusa 306 min 570 nəfər yoluxmuşdu. Aprelin 17-də isə bir sutkada xəstəlikdən 12 min 430 nəfər vəfat etmişdi.

Hindistan yeni yoluxmaların sayına görə liderdir. Ötən həftə bu ölkədə bir gündə 97 min 570 yoluxma qeydə alınmışdı.

Hindistanda tibbi oksigen çatışmazlığı yaranıb. Bu ölkədə koronavirusa yoluxanların toplam sayı 4.75 milyona çatıb.

Birləşmiş Ştatlar üçün bu rəqəm 6.5 milyondur.

COVID-19-a yoluxmalar dünyanın 58 ölkəsində qalxmaqda davam edir.

Birləşmiş Ştatlarda yoluxma sayı iyulun 16-da qeydə alınmış 77 min yeni yoluxmadan sonra 44 faiz azalıb.

Braziliyada da yeni yoluxmalar azalmağa başlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG