Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:13

Dünya Bankı: Avropada və Mərkəzi Asiyada artım olacaq, amma...


Dünya Bankı bildirir ki, Avropa və Mərkəzi Asiya koronavirus pandemiyası ilə çarpışmaqda davam edir və bu, regionun iqtisadi proqnozlarına ciddi təsir göstərir.

Vaşinqtonda mənzillənmiş Beynəlxalq Valyuta Fondunun (BVF) kreditor qolu olan Dünya Bankının 8 iyunda yaydığı hesabatda deyilir ki, regionun 23 ölkəsində 2021-ci ildə 3.9 faiz iqtisadi artım gözlənilir.

Bu ölkələrin arasında Azərbaycan da var.

Hesabatda qeyd olunur ki, 2021-ci ildə artım ixracın, xammal və materialların qiymətlərindəki bahalaşma hesabına əldə olunacaq.

Bununla belə Dünya Bankı xəbərdarlıq edir ki, vaksinasiya kampaniyalarındakı fasilə və qeyri-ardıcıllığa görə ümumi proqnoz “qeyri-müəyyən” olaraq qalır.

Pandemiya davam edərsə...

Hesabatda deyilir ki, pandemiya daha uzun müddətdə davam edərsə, xarici maliyyələşdirmə sərtləşə, siyasət qeyri-müəyyənliyi və geosiyasi gərginlik daha da arta bilər.

Sənəddə qeyd olunur ki, 2021-ci ildə COVİD-19-a yoluxmaların artması bir çox ölkələrin dirçəlişini ləngidib.

Dünya Bankı habelə vurğulayır ki, valyutaların son vaxtlarda ucuzlaşması qiymətlərin yüksəlişinə səbəb olub.

Bununla yanaşı regionun bir sıra ölkələri hələ də sovet zəmanəsindən qalma planlaşdırma sisteminin təsirindən tam xilas ola bilməyiblər.

Hesabatda deyilir ki, söhbət xüsusilə də Ermənistan, Belarus, Gürcüstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadan gedir.

Dünya Bankının təxminlərinə görə 2021-ci ildə Rusiyada 3.2 faiz iqtisadi artım gözlənilir. Qərbi Balkanlarda bu rəqəm 4.4 faizə çata bilər.

Bu regionda ən zəif iqtisadi inkişaf Mərkəzi Avropada müşahidə olunur. Bu bölgədə 2021-ci il üçün iqtisadi artımı 1.9 faiz civarında proqnozlaşdırılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG