Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:06

Dünya şöhrətli bəstəkar vəfat edib


Ennio Morricone

Daha çox “Bir ovuc dollar” və “Yaxşı, pis və eybəcər” kimi spagetti vestern filmləri üçün yazdığı ecazkar musiqilərlə tanınan italyan bəstəkar Ennio Morricone 91 yaşında vəfat edib.

Bir neçə gün əvvəl bud sümüyü sınan bəstəkar iyulun 5-də gecə saatlarında Romadakı klinikalardan birində dünyasını dəyişib.

1928-ci ildə Romada doğulmuş bəstəkar əksəriyyəti rejissor Sergio Leone ilə bağlı olan 400-dək filmə musiqi bəstələyib.

Bütün dünyada tanınan “Bir dəfə Amerikada” filmi də həmin rejissorun işidir.

Morricone qorxulu filmlərdən komediyalaradək ən geniş janr diapazonunda musiqilər yazıb.

Bəzən tənqidçilər deyirlər ki, onun bir çox musiqiləri bəstələndiyi filmlərdən daha çox şöhrət qazanıb.

Məsələn Jerzy Kawalerowicz-in 1971-ci ildə çəkdiyi Maddalena filmini bu gün çox az adam xatırlayır, amma həmin filmə yazılmış iki parça – “Gəl Maddalena” və “Chi Mai” ən çox sevilən musiqilərdəndir və BBC-nin “David Lloyd George-un həyatı və zamanı” serialında təkrar istifadədən sonra Britaniya hit paradında 2-ci yeri tutub.

Morricone-nin musiqi albomları bütün dünyada 70 milyon nüsxə satılıb.

Ortabab filmləri şedevrə çevirən

Terrence Malick və Brian De Palma filmlərindəki musiqiləri Kino Akeademiyasının mükafatına nominasiya edilsə də, bəstəkar ilk Oscar mükafatını yalnız 2007-ci ildə alıb.

O bu mükafata ikinci dəfə 2016-cı ildə Quentin Tarantinonun “Rəzil səkkizlik” (The Hateful Eight) filmindəki musiqisinə görə layiq görülüb.

Marricone dörd dəfə Grammy və altı dəfə Baftas mükafatlarını qazanıb.

Britaniyalı kinorejissor Edgar Wright bəstəkarın ölümü ilə bağlı Twitter-də yazıb:

“Əfsanəvi bəstəkar Ennio Morricone haqqında söhbətə nədən başlayasan? O ortabab bir filmi baxılmalı kinoya, incəsənətə, əfsanəyə çevirə bilirdi. Görün o özündən səonra necə bir irs qoyub gedir…”

XS
SM
MD
LG