Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Dövlətin yarım milyonu kimlərin cibinə gedib


Manat
Manat

Sahibkarlara Kömək Milli Fondundan onlarla vətəndaşa kredit ayrılıb. Ancaq həmin adamlar ayrılan pulun üzünü görməyib. Ümumilikdə 470 min manatdan söhbət gedir.

Dövlətin vəsaitinin necə ayrılması və kimlərin cibinə getməsi indi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Təqsirləndirilən şəxs qismində məhkəmə önündə cavab verən isə «Aqroinvest Kredit İttifaqı» MMC-nin İdarə Heyətinin sədri Əyyub Əhmədovdur.

«Aqroinvest Kredit İttifaqı» 2001-ci ilin aprelində Mərkəzi Bankın verdiyi daimi lisenziyası əsasında yaradılıb.

Ə.Əhmədov həbs olunmayıb, istintaq və məhkəmə dövrü üçün onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarında yazılıb ki, Ə.Əhmədov adamların xəbəri olmadan onların adlarına kredit götürüb. Ona CM-in 179 (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələriylə ittiham verilib.

Lakin özünü təqsirli bilmir. Deyir ki, «Aqroinvest Kredit İttifaqı»nda kredit verilən şəxslərin kimliyi, ayrılan məbləğ və s. məsələlərə Əliniyaz Feyzullayev nəzarət edirdi: «Bizə hazır sənədlər gəlirdi».

Ə.Feyzullayev bir müddət öncə dünyasını dəyişib.

Adlarına kredit götürülmüş adamlar da məhkəmədə dindirilib – şahid qismində. Vüqar Əzizov deyir, prokurorluğa çağrılandan sonra orada xəbər tutub ki, adına 10 min manat kredit götürülüb.

«Prokurorluqda mənə dedilər ki, adına bu qədər pul götürülüb. Mən o pulu görməmişəm», – adına 11 min kredit ayrılmış başqa bir şahid Səməd Ağayev belə deyir.

Məhkəmə araşdırmaları davam edir.

Prezidentin 1 avqust 2018-ci il tarixli fərmanıyla Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib. Əvəzində İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu təsis olunub. Bu dəyişiklik «sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi» kimi təqdim olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG