Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 21:42

Dövlət qurumunun borcuna görə rəhbərinin ölkədən çıxışı məhdudlaşdırıla bilər


Hava limanı
Hava limanı

Vergilər Nazirliyinin fikrincə, dövlət orqanı vergi borcunu ödəyə bilmirsə, rəhbəri cəzalandırılmalı, məsələn, ölkədən çıxışı yasaqlanmalıdır.

Həmin nazirlik yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti bu tələblə məhkəməyə üz tutaraq, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəhbəri Mais Məmmədovun ölkədən çıxışına məhdudiyyət qoyulmasını istəyir. Səbəb kimi qurumun büdcəyə 1 milyon 136 min manat vergi borcu göstərilib.

Mais Məmmədov bu tələbi haqsız sayır

M.Məmmədov vergi borcunun yığılıb qalmasında günahı olmadığını bildirərək bu tələbi haqsız sayır. Onun sözlərinə görə, əhalidən yığım yetərli olmadığından zərər ilbəil artıb. Deyir ki, tariflər olduqca aşağıdır və bugünün tələblərinə uyğun deyil. Bu durum Bakı şəhər İcra Hakimiyyəti və Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən yuxarı dövlət orqanlarına dəfələrlə xəbər verilsə də, nəticə əldə edilməyib.

M.Məmmədov onu da bildirir ki, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi Vergilər Nazirliyinin bu qurumdan tələb etdiyi 1 milyon 219 min manat vergi borcunun silinməsindən ötrü 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə də verib.

Dövlət orqanının vergi borcuna görə onun rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması məsələsinə öncə Suraxanı rayon Məhkəməsində baxılıb. Vergilər Nazirliyinin bu barədə ərizəsinə «yox» cavabı verilib. Hakim belə qərara gəlib ki, Mənzil-Kommunal Təsərrüfat Birliyinin borcu onun rəhbərinin təqsiri üzündən yaranmadığından, rəhbərinin hüququnu məhdudlaşdırmaq doğru deyil.

Bakı Apellyasiya Məhkəməsi də bu nəticəni düzgün sayıb və qərarı qüvvədə saxlayıb.

Ali Məhkəmə məsələyə yenidən baxılmasına qərar verib

Vergilər Nazirliyi bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmədə bu məsələyə baxılıb və sözügedən qərar ləğv olunub.

«Məhkəmələrin bu qənaəti qanunsuzdur. Vergi borcunun hansı səbəbdən yaranması, borcun yaranmasında Mais Məmmədovun təqsirinin olub-olmaması mübahisənin predmeti deyil. Vergi ödəyicisi olan hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması borcun yaranmasında onun təqsirli olmasının təsdiqi, buna görə ona verilən cəza deyil, artıq mövcud olan vergi borcunun büdcəyə ödənilməsini təmin etmək üçün atılan addımdır», - Ali Məhkəmənin qərarında belə yazılıb.

Ali Məhkəmə işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasına və orada məsələyə yenidən baxılmasına qərar verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG