Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:00

Dövlət qurumlarına bu tarixədək vaxt verildi


Klaviatura
Klaviatura

Bundan sonra dövlət, habelə dövlətlə bağlılığı olan başqa qurumlar illik maliyyə hesabatlarını hər il aprelin 30-dək öz saytlarına daxil etməlidirlər.

Nazirlər Kabinetinin noyabrın 27-də qəbul etdiyi qaydada belə yazılır. Sənəd dövlət, habelə büdcədən pay alan başqa qurumların illik maliyyə fəaliyyəti haqqında bilgilərin onların saytlarında açıqlanmasının detallarına aydınlıq gətirir.

Bu qayda büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, büdcədənkənar dövlət fondlarına, səhmlərinin 30 faizi və ya daha artığı dövlətə məxsus olan qurumlara şamil edilir.

İnformasiyalara çıxış ödənişsiz olmalıdır

Sənəddə informasiyaların açıqlanmasına dair dəqiq tələblər əksini tapıb.

Qaydanın aid edildiyi qurumlar illik maliyyə fəaliyyətləri, dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyaları öz internet saytlarına yerləşdirməlidirlər. Qurumlar bunu hesabat dövrü başa çatdıqdan sonra, sonrakı ilin aprel ayının 30-dan gec olmayaraq etməlidirlər.

Hüquqlarınızı ən çox hansı dövlət qurumları pozur?
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Qurumların saytlarında açıqlanan informasiyalara çıxış sərbəst və ödənişsiz olmalıdır. İnformasiyaya çıxış əldə etmək istəyənlərdən onların qeydiyyatdan keçməsi tələb olunmamalıdır.

Bundan başqa, açıqlanan informasiyalar standart proqram təminatları vasitəsilə oxuna bilən, mətnin istənilən fraqmentinin köçürülməsinə və axtarışına imkan verən fayl formatında olmalıdır.

Məsələ bundadır ki...

Yeni qaydada nəzərdə tutulan informasiyalar indiyədək də açıq hesab edilirdi. «İnformasiya əldə edilməsi haqqında» Qanuna görə, həmin məlumatlar informasiya sahibinin saytına daxil edilməli idi. Ancaq qanunda bilgilərin açıqlanma vaxtı konkret göstərilməyib.

Bir çox ekspertlərin rəylərinə, vətəndaş cəmiyyəti qurumlarının hesabatlarına görə, Azərbaycanda dövlət qurumları büdcə, maliyyə ilə bağlı məlumatları, əsasən, açıqlamırlar.

İnformasiyanı açıqlamamağın cəzası...

Yerli qanunvericilik ictimai informasiyaların qapalı tutulmasını inzibati pozuntu sayır.

İnzibati Xətalar Məcəlləsi informasiya əldə etmək sahəsində qanunvericiliyin pozulmasına görə cərimə cəzası nəzərdə tutur. Məcəlləyə görə, informasiya sahibi açıq məlumatı verməzsə, sorğuçuya bilərəkdən yanlış açıqlamalar verərsə, fiziki şəxslər 100-150, vəzifəli şəxslər 500-700, hüquqi şəxslər isə 500-2500 manatadək cərimə edilirlər.

İnformasiya sahibini «İnformasiya əldə etmək haqqında» Qanunun tələblərini pozmağa görə 100-1500 manat cərimə gözləyir.

Jurnalist sorğusuna qanuni formada cavab verməməyin cəzası isə 200-300 manat cərimədir.

Xatırlatma

Milli Məclis iyunda «İnformasiya əldə etmək haqqında» Qanunun 30.1-ci maddəsinə dəyişiklik edib.

Dəyişikliyə görə, informasiya sahiblərinin öz hesabatlarını açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanı - Nazirlər Kabineti təsdiqləməlidir.

XS
SM
MD
LG