Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 18:23

ABŞ dövlət katibi Dağlıq Qarabağla bağlı bəyanat verib


Mayk Pompeo
Mayk Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayan bəyanat verib.

Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar hələ münaqişənin əvvəlindən tərəfləri zorakılqılara son qoymağa çağırmış və mülkilər də daxil çox sayda insanın ölümü ilə nəticələnmiş hərbi eskalasiyanı pisləmişdi:

“Biz həlak olanların ailələrinə bir daha başsağlığı bildirir və bütün tərəfləri beynəlxalq humanitar qanun da daxil beynəlxalq qanunlardan irəli gələn öhdəliklərinə ehtiram göstərməyə çağırırıq. Döyüşlərin dayandırılması Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və danışıqlarla tənzimlənməsində yalnız ilk addımdır. Biz tərəfləri mümkün qədər tez Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupu həmsədrləri ilə danışıqların bərpasına çağırırıq”.

Bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddıətli və davamlı siyasi həlli zor işlətmək hədəsindən imtinanı, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərini və bütün insanların bərabərliyini nəzərdə tutan Heksinki Yekun Aktına əsaslanmalıdır”.

Pompeo bəyan edib ki, ABŞ Minsk qrupunun həmsədri kimi bu səylərdə iştirakını davam etdirəcək.

Bəyanatda qeyd olunur ki, ABŞ diplomatik səyləri ilə yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsinin və başqa QHT-lərin bölgədəki humanitar işi üçün yardıma 5 milyon dollar ayırır.

Bu da xatırladılır ki, bu vəsaitlə ABŞ-ın 2019-cu maliyyə ilində Ermənistana və Azərbaycana humanitar yardımı 10 milyon dollara çatmış olur.

Bəyanatda deyilir ki, ABŞ Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyi bu münaqişədən təsirlənmiş adamlara ərzaq, səhiyyə, sığınacaq və başqa humanitar yardımın göstərilməsi ilə məşğul olacaq.

XS
SM
MD
LG