Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 06:55

'Çudo Peçka' şəbəkəsində təkrar maaş qalmaqalı


Çudo Peçka'nın keçmiş işçiləri maaş ala bilmir

“Azı 250 işçinin başına ip salıb beləcə oynadırlar. Heç kəsin aylarla yığılan maaşını vermirlər. Əlil canımla işləmişəm, cəmi 2 min 400 manatlıq maaşım yığılıb”.

Bunu AzadlıqRadiosu-na “Çudo Peçka” mağazalar şəbəkəsinin keçmiş satıcısı Günel Muradova deyir.

AYDA 20 MANAT

Günel Muradova danışır, görəndə ki, qalaq-qalaq yığılan maaşı ala bilmir, ötən ilin dekabrında ərizə yazaraq işdən çıxıb. Ancaq o, yığılıb qalmış maaşını mağazalar şəbəkəsinin sahibinə bağışlamaq fikrində də deyil:

“İndi deyirlər, ‘gəl ayda 20 manat apar’. Bu, insanı aşağılamaqdır, ələ salmaqdır. Özüm də, azyaşlı övladım da əlilik. İkimiz də əlillik pensiyası alırıq. Ailəmiz olduqca imkansızdır”.

Buna da bax:​ 'Karvan' Ticarət Mərkəzində kompensasiya çıxmazı

Günel xanımın sözlərinə görə, 2015-ci ilin sentyabr-dekabr ayları ərzində ödənilməyən maaş 1000, 2016-cı il ərzində ödənilməyən maaş isə 1445 manatdır. Hazırkı rəhbərlik ona əvvəlki 1000 manatı heç ödəmək fikrində deyil:

“Deyirlər, ‘həmin vaxt mağazanın sahibi başqası olub, maaşı da ondan tələb et’. 1445 manata gəlincə, bunu da gah deyirlər, ‘həftədə 70 manatla’, gah da deyirlər, ‘ayda 20 manatla ödəyə bilərik’. Ancaq hər nə desələr də, dildə deyirlər. Rəhbərliyin ofisi 3-cü mikrorayon dairəsindəki mağazanın 4-cü mərtəbəsində yerləşir. Gedirik, qapıda Elşən adında bir nəfər qoyublar, özləri içəridə oturublar. Gələnləri Elşən qarşılayır, ‘pul yoxdur’ deyib, elə qapıdan da yola salır. Gün ərzində ora “Çudo Peçka”nın xeyli sayda keçmiş və indiki işçiləri gəlir. Hamısını da Elşən adlı şəxs ‘pul yoxdur’ deyib yola salır”.

Buna da bax:​ Müavinətlər və pensiyalar verilmir

QAPIDAN QAYTARIRLAR

Manatın ikinci devalvasiyasından sonra ölkədə yaranan iqtisadi durum “Çudo Peçka” mağazalar şəbəkəsinə də təsirsiz ötüşməyib. Bir neçə kafe-mağaza bağlanıb, digərlərində ixtisarlar aparılıb. İşlək mağazalarda isə işçilərə maaş verilmir.

İşçilərin deməsinə görə, hazırda şəbəkənin sahibi Çingiz Cəlilovdur. Bir müddət əvvəl Bank Standard-da girovda olan mağazalar şəbəkəsi onun əlindən alınmışdı. Bu yaxınlarda məhkəmə yolu ilə özünə qaytarılıb. İşləri oğlu Anar Cəlilov idarə edir. İşçilərin deməsinə görə, elə maaş tələbi ilə də A. Cəlilovun üstünə gedirlər, ancaq qapıdan geri qaytarılırlar.

Buna da bax:​ Dağılan yataqxananın yanında hündürmərtəbəli bina

“HİSSƏ-HİSSƏ ÖDƏYİRİK”

AzadlıqRadiosu Çingiz Cəlilovla əlaqə saxlamağa cəhd etsə də, mümkün olmayıb. Şirkətin mühasibi “Qaynar xətt”ə bildirib ki, maliyyə sıxıntılarına görə keçmiş işçilərin yığılıb qalmış maaşlarının ödənilməsində çətinlik yaranıb:

“Həyat yoldaşı ilə də, özü ilə də bir neçə dəfə danışmışıq. Bizdə maliyyə sıxıntısı olub. Tək o xanım deyil, bir neçə nəfər də var ki, keçmiş pullarını hissə-hissə ödəyirik. Tam dəqiqliyi ilə sizə Çingiz müəllim danışa bilər”.

Mağaza-kafe şəbəkəsinin bəzi filiallarının işçiləri maaşlarının ödənilməməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinə də müraciət ediblər.

Buna da bax: Sahibkardan üçfazalı sayğaca görə 3 min istədilər

Ötən yay işçilər əməkhaqqı tələbi ilə aksiyalar da keçiriblər.

Buna da bax:

"Çudo Peçka"nın işçiləri etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG