Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:18

Astara sakini: '500 qramlıq çörək 430 qramdır'


Nəcməddin Məmmədov
Nəcməddin Məmmədov

Azərbaycanın bəzi rayonlarında çörəyin çəkisi ilə bağlı narazılıqlar eşidilir. Astara şəhər sakini Nəcməddin Məmmədov çörəyin çəkisinin hər dəfə azaldığını, qiymətin isə dəyişmədiyini iddia edir. Onun sözlərinə görə, satışda 500 qram olmalı çörəyin çəkisi 70-75 qram azdır, qiymət isə dəyişməz qalıb-50 qəpik: "Əvvəllər dörd ədəd zavod çörəyi alırdım, ailəmə çatırdı. Sonra gördüm ki, aldığım çörək ailəyə çatmır. Şübhələndim, çörəyi çəkəndə gördüm ki, 500 qramlıq çörək 430 qramdır.70 qram çörək kasıb üçün önəm daşıyır. Çörəyimizi oğurlayırlar. Beş ədəd 500 qramlıq çörəkdən 350 qramını kəsirlər".

O, bunu sübut etməyə hazır olduğunu da deyir: "Heç gizlətmirlər də. Keyfiyyət yüksək deyil, ancaq keçinmək olur. Çörəyin çəkisi isə bizi narahat edir. Gündə bir çörəyin pulunu itirirəm, 50 qəpik. Kasıb çörəklə dolanır. Çörək olmasa, kasıb acından ölər. Bizim - kasıbın cibinə girirlər".

Onun fikrincə, çörəyin çəkisi ilə bağlı nəzarəti gücləndirmək vacibdir: "Bununla bağlı rəsmi qurumlara da müraciət etmişəm".

15 çeşiddə çörək satılır
15 çeşiddə çörək satılır

"Çörək ədəd hesabı ilə qəbul edilir"

Astara şəhərində çörək satışı ilə məşğul olan bir mağazada qiymətlərlə maraqlanırıq. Ad çəkilməsini istəməyən satıcının sözlərinə görə, onlara 15 çeşiddə çörək gəlir. Onun əlavə etməsinə görə, ən bahalı çörək təndir çörəyidir, çəkisi 250 qramdır, bir ədədi 60 qəpiyə satılır. Bakıdan gətirilmiş 400 qramlıq "qara çörək" isə 90 qəpiyə təklif edilir.

Satıcı deyir ki, çörək ədəd hesabı ilə qəbul edilir, hər çörəkdən 5 qəpik mağazaya qalır.

"Çörəyin çəkisini azaldırlar ki, ziyandan çıxsınlar"

Şikayətlə bağlı Astara rayonunda çörək bişirən müəssisələrin məsul şəxsləri ilə danışmaq mümkün olmayıb. Amma bir müddət öncə çörək sexini bağlamış və adının çəkilməsini istəməyən bir sahibkar da iddia edir ki, bu sahədə problemlər çoxdur: "Təkcə Astara şəhərində 20-dən çox çörək bişirən yer var. Çoxu da fərdi həyətlərdə yerləşir. Kənd yerlərində yaşayanların çoxu evlərində təndir qoyublar, orada çörək bişirib özlərini təmin edirlər. Çörək bişirmək asan deyil, çox az qazanc qalır. Ona görə də çörəyin çəkisini azaldırlar ki, ziyandan çıxsınlar".

"Karmen" şirkətinə məxsus anbar
"Karmen" şirkətinə məxsus anbar

"İşıq, qaz bahadır"

Onun vurğulamasına görə, 50 kiloqramlıq un kisəsindən maksimum 120 çörək alınır: "Çörəyə qatılan komponentləri, enerji resurslarını, işçi qüvvəsini hesablasan, sahibkara qazanc az qalır. İşıq, qaz bahadır. İşsizlikdir, çörək bişirən çoxdur, ona görə də sexi bağladım. Çörək bişirənlərə heç bir güzəşt yoxdur. Onların işlərinə göz yumurlar...".

Müavin: "Əlində faktı varsa..."

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Lənkəran Regional Bölməsindən də açıqlama almaq mümkün olmayıb.

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Maliyev isə deyir ki, onlar sahibkarın işinə müdaxilə edə bilməzlər: "Bu barədə prezidentin sərəncamı var. Vətəndaş narazıdırsa, əlində faktı varsa, müvafiq orqanlara müraciət etməlidir".

Pulsuz çörək verən dükançı: 'Elə gün olur 20 nəfər gəlir'
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

XS
SM
MD
LG