Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:50

Keçmiş ABŞ prezidenti ata Ceorge Bush vəfat edib


George Bush

Keçmiş ABŞ prezidenti ata George Bush 94 yaşında vəfat edib.

Oğlu, həmçinin keçmiş ABŞ prezidenti George Bush bəyanat yayaraq atasını böyük insan, gözəl ata adlandırıb.

Həmçinin prezident Donald Trump onun, cəmiyyətə xidmət edən bir insan kimi bir çox amerikalılar üçün nümunə olduğunu bəyan edib.

Ata George Bush 18 yaşında məktəbi bitirdikdən sonra dəniz aviasiyasında xidmət edib və ən gənc pilot olub.

İkinci düya müharibəsi dövründə Sakit okeanda 58 hərbi uçuş yerinə yetirib.

1944-cü ildə təyyarəsi vurulub,amma ABŞ-ın hərbi dənizçiləri onu xilas ediblər.

Onun uzun siyasi karyerası isə Texasdan başlayıb, ilk olaraq yerli qanunverici orqana üzv seçilib.Daha sonra ABŞ-ın BMT-ki nümayəndəsi, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru,1980-ci ildə, prezident Ronald Reigan-ın administrasiyasında vitse-prezident, 1988-ci ildə isə prezident olub.

Prezidentliyi dövründə Küveyt İraq ordusunun işğalından azad edilib, həmin əməliyyatda 30 ölkə iştirak edib.

1992-ci ildə prezident seçkisində məğlub olduqdan sonra isə 2000-ci ildə keçirilən prezident seçkisində oğlu George Bushu fəal şəkildə dəstəkləyib.

Ata George Bush çox fəal həyat şəraiti keçirib. 90 yaşını vertolyotla paraşütlə atılaraq qeyd edib.

Həyatının son 4 ilini isə əlil arabasında keçirib.Həyat yoldaşı Barbara Bush isə 8 ay bundan əvvəl vəfat edib.

XS
SM
MD
LG