Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Makkeyndən şikayət yoxdur


Keçmiş müharibə əsiri, Trump-ın tənqidçisi McCain yaddaşlarda... (VİDEO)
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Keçmiş müharibə əsiri, Trump-ın tənqidçisi McCain yaddaşlarda... (VİDEO)

ABŞ senatoru, iki dəfə prezidentliyə namizəd olmuş respublikaçı Con Makkeyn avqustun 25-də dünyasını dəyişdi.

Publisist Con Baldoni «Forbes» jurnalında məqaləsində yazır ki, Makkeyn «Aramsız dalğa» (The Restless Wave) adlı kitabında həm geriyə, həm də önə baxırdı. Qanunverici hakimiyyətə gəldikdə, o, kompromisə inanırdı. Bu kitabda da öz siyasi karyerasının hekayələrini məhz kompromis prizmasından nəql edir.

Fərqli düşüncə

Makkeyn özünü fərqli düşüncəli siyasətçi kimi göstərmişdi. Bəzən hətta öz partiyasına qarşı belə çıxa bilirdi. Əlçatan Tibbi Sığorta Aktı (Obamacare) səsə qoyulan zaman Makkeynin səsi həlledici olmuş, qanunun qüvvədə qalmasını təmin etmişdi. Tənqidçilər, o cümlədən prezident Donald Trampın sərt reaksiyasına rəğmən, Makkeyn heç gözünü də qırpmamışdı.

Makkeyn son aylarını Sedonadakı (Arizona ştatı) rançosunda, həyat yoldaşı Sindi ilə birlikdə keçirib. Burada o, dostları və keçmiş həmkarları, o cümlədən Senatda 10 il birgə çalışdığı keçmiş vitse-prezident Co Baydenlə görüşüb. HBO kanalının çəkdiyi «Сon Makkeyn: Əcəl zəngi» (John McCain: For Whom the Bell Tolls) adlı sənədli filmdə Makkeyn deyir ki, prezident seçkilərində iştirakı zamanı öz intuisiyasını görməzdən gələrək, demokrat Co Libermanın əvəzində Sara Peylini seçib.

Trump-McCain çəkişməsi senatorun ölümündən sonra da səngimir
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Makkeyn deyir ki, onun Amerikası Trampınkından çox fərqlidir.

Trampın immiqrantları görməyə gözü yoxdur, o, Putini tərifləyir, öz düşüncəsindən fərqli xəbərlər yazan medianı aşağılamaq üçün «fake news» (saxta xəbərlər) ifadəsini işlədir.

Makkeyn isə tamamilə fərqli dəyərlərə malik, keçmişin böyük prezidentlərinə uyğun Amerikanı təmsil edirdi. Makkeyn demişdi ki, Trampın diktatorlardan xəbəri yoxdur: «Sərt görünmək, ya da realiti-şoudakı sərtlik görüntüsünün yamsılanması dəyərlərimizdən daha vacib görünür. Yaltaqlıqla onun dostluğunu, tənqidlə düşmənçiliyini qazanırsınız».

Bu azmış kimi, Makkeyn dəfn mərasimində nekroloqu özünün iki keçmiş siyasi rəqibi – prezidentlər Corc Buş (oğul)Barak Obamanın oxumasını istəmişdi. Tramp isə mərasimə dəvət olunmayıb.

Dürüstlük

C.Makkeyn HBO-nun çəkdiyi sənədli filmdə öz siyasi karyerasında iki dəfə inandığı dəyərlərə zidd hərəkət etdiyini də deyir.

Makkeyn üçün dürüstlük hər şey idi. 2008-ci il prezident seçkiləri zamanı Minnesotada vətəndaşlarla keçirilən görüşdə B.Obamanı müdafiə etməsi nəyə desəniz dəyərdi. Görüş zamanı bir qadın Obamadan qorxduğunu ifadə etdi. Makkeyn ona cavab olaraq demişdi ki, qorxmalı bir şey yoxdur. Bundan sonra zal ona etiraz etmişdi.

Bundan sonra başqa bir qadın ayağa qalxıb Obamaya inanmadığını, onun «ərəb» olduğunu demişdi. Makkeyn mikrofonu ondan alaraq başını yelləmiş və belə demişdi: «O, ləyaqətli ailə başçısı və vətəndaşdır. Sadəcə, mənim onunla fundamental məsələlərdə fikir ayrılığım var. Elə kampaniya da bundan ötrüdür».

Təbii ki, öz opponentini müdafiə etməsi Makkeynə səslər bahasına başa gəldi. Ancaq o, öz şərəf kodeksinə uyğun yaşayan bir insan idi.

Özünün ədəbi qəhrəmanlarından biri olan E.Heminqueyin «Əcəl zəngi» romanındakı Robert Cordanı xatırladan Makkeyn «Aramsız dalğa» kitabında yazır: «Elə mən də. Mən də getmək istəməzdim. Ancaq şikayət etmirəm. Heç bircə damcı da. Çox gözəl həyat idi… Mən Amerikanın və öz zəmanəmin hekayəsində özümə balaca bir yer elədim».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG