Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:02

Keçmiş FTB direktoru Comey deyir ki, Trump ona təzyiq edib


FTB-nin keçmiş direktoru James Comey
FTB-nin keçmiş direktoru James Comey

FTB-nin keçmiş direktoru James Comey deyir ki, prezident Trump ondan loyallıq tələb edib və özünün milli təhlükəsizlik müşavirinin Rusiya rəsmiləri ilə əlaqələrinə dair cinayət təhqiqatını dayandırması üçün ona təzyiq göstərib.

AzadlıqRadiosunun məqaləsində deyilir ki, Comey-nin bu yazılı ifadəsi iyunun 7-də Senatın Kəşfiyyat Komitəsi tərəfindən açıqlanıb. Comey komitə qarşısında iyunun 8-də ifadə verməlidir.

Bu qeydlər Trump-ın öz milli təhlükəsizlik müşaviri Michael Flynn-ə dair FTB təhqiqatına müdaxilə etdiyi barədə bu yaxınlarda yayılmış bir neçə səs-küylü mətbuat xəbərləri ilə səsləşir.

Flynn yeni postunda heç bir ay da oturmadan, fevralın 13-də Ağ Ev rəsmilərinə özünün Rusiya rəsmiləri ilə təmasları barədə yanlış məlumat verdiyinə görə vəzifədən kənarlaşdırılıb.

Yazılı ifadəsində Comey bildirir ki, yanvarın 27-də Trump-la etdiyi şəxsi şam yeməyi zamanı prezident ondan FTB direktoru olaraq qalmaq istəyib-istəmədiyini soruşub. Comey-ni bu vəzifəyə Barack Obama təyin etmişdi.

Comey yazırki, cavabında özünün 10 illik müddətini tam şəkildə başa vurmaq istədiyini deyib və “siyasi baxımdan heç kimin tərəfində olmadığını” bildirib.

Comey-nin dediyinə görə, Trump ona deyib ki, “mənə loyallıq lazımdır, mən loyallııq gözləyirəm”. Comey bunun cavabında özünün təmizliyini təklif etdiyini deyib.

Trump bundan sonra deyib ki, o “təmiz loyallıq” istəyir. Comey bu dəfə deyib: “Siz məndən bunu görəcəksiniz”.

Fevralın 14-də Ağ Evdə keçirilən görüşdə Trump büronun Flynn-ə dair təhqiqatı məsələsində Comey-ə təzyiq göstərib: "Mən ümid edirəm ki, bu məsələnin başa çatması üçün, Flynn məsələsinin başa çatması üçün çıxış yolunu görürsünüz. O yaxşı oğlandır”.

Daha sonra Comey yazılı ifadəsində bildirir: "Mən başa düşmüşdüm ki, prezident Flynn-in dekabr ayında Rusiya səfiri ilə söhbətinə dair verdiyi yanlış məlumatla bağlı bizim təhqiqatımıza xitam verilməsini rica edir”.

Trump Comey-ni mayın 9-da vəzifəsindən azad edib və bununla da Vaşinqtonu silkələyərək öz prezidentliyinə şübhə kölgəsi salıb.

Yazılı ifadəsində Comey həmçinin bildirir ki, Trump özünün federal təhqiqat altında olmadığı barədə açıq bəyanat verməsi üçün ona təzyiq göstərib. Martın 30-da telefon zəngi zamanı Trump Comey-dən onun üzərindəki bu “buludu necə qaldırmağın” lazım olduğunu soruşub.

Comey yazır: “Mən cavab verdim ki, biz bu (Rusiya) məsələsini mümkün qədər tez araşdırmağa çalışırıq və biz bu yaxşı işin nəticəsində heç nə tapa bilməsək, hamı üçün böyük bir fayda olacaq”.

Keçmiş FTB rəhbəri yazır: “O razılaşdı, lakin sonra bunun onun üçün yaratdığı problemlər məsələsini bir daha vurğuladı”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG