Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:51

ABŞ kəşfiyyatının rəhbəri: Rusiya Konqres seçkisinə müdaxiləyə hazırlaşır


ABŞ Milli Kəşfiyyatının rəhbəri Dan Coats
ABŞ Milli Kəşfiyyatının rəhbəri Dan Coats

ABŞ kəşfiyyatının rəhbərlərindən biri belə bir mülahizə irəli sürüb ki, Rusiya ABŞ-da qarşıdan gələn Konqres seçkisinə müdaxilə etməyi planlaşdırır, lakin bunun necə və nə vaxt baş verəcəyi bilinmir.

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Dan Coats bu fikrilərini Senatın Silahlı Qüvvələr Komitəsində səsləndirib.

Moskva ABŞ-ın siyasi sisteminə hazırda və keçmişdə müdaxilə etdiyinə dair iddiaları rədd edir. Vladimir Putin ötən həftə NBC News kanalına müsahibəsində deyib ki, Moskva Vaşinqtondan seçkiyə müdaxiləyə dair tutarlı dəlillər istəyir.

Bununla belə ABŞ-ın kəşfiyyat icması 2017-ci ilin yanvarında Rusiyanın ABŞ seçkisinə müdaxilə etdiyinə dair qənaətə gəldikdən indiyədək belə bir müdaxiləyə dair dəlillər artmaqdadır.

Ötən ay xüsusi prokuror Robert Mueller ABŞ seçicilərini təsirləndirmək üçün sosial media və başqa alətlərdən istifadəyə görə 13 Rusiya vətəndaşına və üç Rusiya şirkətinə qarşı ittihamlar irəli sürüb.

ABŞ rəsmiləri bildirirlər ki, noyabr seçkilərini təsirləndirmək cəhdlərinin daha çox olacağını gözləmək olar, çünki bu seçki Konqresə hansı siyasi partiyanın nəzarət edəcəyini müəyyənləşdirməlidir.

Coats Senatın Silahlı Qüvvələr Komitəsinə məlumat verərkən deyib ki, “onların nəsə etməyə çalışacağı çox gözləniləndir, biz sadəcə olaraq bunun nə dərəcədə , nə vaxt və harda baş verəcəyini bilmirik”.

Coats deyib: “Biz hələlik Rusiya tərəfindən qətiyyətli cəhdlərin şahidi olmamışıq, lakin bilirik ki, onların bəd əməlləri mövcuddur”.

Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsinə dair iddialar Trump-ın prezidentliyinə kölgə salıb. Xüsusi prokuror Mueller indiyədək Rusiya ilə əlaqələri ilə bağlı 19 nəfərə qarşı rəsmi ittiham irəli sürüb.

Buna baxmayaraq Trump-ın Ağ Evi kəşfiyyatın tapıntılarını şübhə altına alır.

ABŞ millət vəkilləri, xüsusilə də demokratlar Trump administrasiyasını Rusiyanın gələcək seçkiyə mümkün müdaxilə cəhdlərinin qarşısını almaq üçün heç nə etməməkdə günahlandırırlar.

Dinləmə zamanı senatorlar Coats-a bu barədə də suallar veriblər.

Coats deyib ki, “Ağ Ev bu işlə fəal şəkildə məşğuldur və bu, onlar üçün yüksək prioriteti olan məsələdir”.

Coats-a, habelə ABŞ Müdafiə Kəşfiyyatı Agentliyinin rəhbəri general Robert Ashley-ə Rusiya və Çində hazırlanan yeni silahlar barədə suallar verilib.

Ötən həftə Putin əsas etibarilə ABŞ-ı hədəflədiyi düşünülən yeni silahların təqdimatını edib.

Ashley deyib ki, hər iki ölkə səsdən 20 dəfə sürətli gedən maşınlar da daxil yeni təkmil silahların yaradılması ilə “aqressiv şəkildə” məşğuldur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG