Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 14:40

CNN Orxan Camal və yoldaşlarının öldürüldüyü ölkədə təhqiqat filmi çəkib


AzadlıqRadiosu yazır ki, Rusiyadakı Vagner özəl hərbi şirkətinin muzdluları barədə qalmaqal beynəlxalq media səhnəsinə çıxıb.

ABŞ-ın CNN telekanalının çəkiliş qrupu rusiyalı oliqarx, “Putinin aşpazı” ləqəbini qazanmış Yevgeny Prigozhin-lə bağlı struktruların fəaliyyətini öyrənmək üçün Mərkəzi Afrika Respublikasına (MAR) səfər edib.

Buna bənzər araşdırmanı aparmağa cəhd göstərən azərbaycanlı jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorguyev və operator Kirill Radchenko Mərkəzi Afrika Respublikasında müəmmalı şəraitdə həlak olublar.

Bu qətlin üstü indiyədək açılmayıb.

CNN-nin MAR-da işləyən çəkiliş qrupunu izləyirdilər. Bu təhqiqatın nəticələri əsasında hazırllanmış reportaj efirə getməzdən əvvəl isə Rusiyanın RIA FAN xəbər agentliyi efirə 15 dəqiqəlik təbliğat videosunu buraxıb.

RIA FAN agentliyinin də Prigozhin-ə bağlı olduğu deyilir. Sözü gedən təbliğat videosunda CNN müxbirləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentləri adlandırılır.

İddia edilir ki, CNN Rusiyanı ləkələmək məqsədilə təxribat hazırlayıb.

Rusiya jurnalistləri Orxan Camal, Kirill Radchenko və Aleksandr Rastorguyev 2018-ci il, iyulun 30-da Mərkəzi Afrika Respublikasında qətlə yetiriliblər.

Onlar Yevgeny Prigozhin-ə aid edilən Vagner özəl hərbi şirkətinin regiondakı fəaliyyətini araşdırırdılar. Bu layihəni Mikhail Khodorkovsky maliyyələşdirib.

MAR-ın paytaxtı Bangi şəhərinə jurnalistlər 2018-ci il, iyulun 28-də gəlmişdilər.

Onlar Berenqo bazasına getməyə çalışırdılar. Rusiya muzdlularının MAR-ın milli ordusunu burda təlimləndirdikləri ehtimal edilir. Amma jurnalistlər bazaya daxil ola bilməyiblər.

Bundan sonra Orxan Camal və yoldaşları Bambari şəhərinə getmək və orada “bələdçi Martinlə” görüşmək istəyiblər.

Bu adam jurnalistlərə BMT-nin MAR-dakı nümayəndəsi kimi təqdim olunmuşdu. Martinin əlaqə məlumatlarını Prigozhin-in RIA FAN agentliyinin əməkdaşı Kirill Romanovsky vermişdi.

Jurnalistlər Banginin 180 kilometrlıiyində avtomatlardan güllələniblər.

Bu qətlin kim tərəfindən törədildiyi hələ də bilinmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG