Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:05

3 yaşlı Zəhra Bağırzadəyə görə, cinayət işi açılıb


Bu gün, iyunun 7-də Sabunçu rayon Polis İdarəsi 3 yaşlı Zəhra Bağırzadə ilə bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi açıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.

İyunun 4-də Bakının Sabunçu rayonunda itən Zəhra Bağırzadə iki gün sonra, iyunun 6-da tapılmışdı.

Onu Nizami rayonunda polislərin tapdığı bildirilirdi. Hüquq mühafizə orqanlarından verilən açıqlamaya görə, onun yanında olan bir şəxs şübhəli qismində saxlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da bildirib ki, bu gün, iyunun 7-də Sabunçu Rayon Məhkəməsi cinayət işi üzrə saxlanan şıxs haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib. Hal-hazırda istintaq davam edir.

Ancaq, hələlik, ittihamla saxlanan şəxsdən və ya vəkilindən münasibət almaq mümkün olmayıb.

İttiham subuta yetirilərsə ona beş ildən on ilədək həbs cəzası verilə bilər.

XS
SM
MD
LG