Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:29

Çinin Rusiya ilə sərhəd olan əyalətində korona virusundan ölən olub


Çinin Vuhan şəhərində hospital, 18 yanvar,2020
Çinin Vuhan şəhərində hospital, 18 yanvar,2020

Çinin Rusiya ilə sərhəd olan əyalətində də yeni korona virusundan 1 nəfərin öldüyü xəbər verilir.

AzadlıqRadiosu Rusiya xidmətinin yanvarın 25-də verdiyi məlumata görə, insident Rusiya sərhədinin 430 kilometrliyində yerləşən Suyxua şəhərində qeydə alınıb.

Bu barədə Çinin dövlət televiziyası xəbər verib.

Həmin əyalətdə həmçinin 4 nəfərin korona virusuna yoluxduğu bildirilir.

Virus Xarbin, Datsin və Mudantszyan şəhərlərinə də yayılıb ki, bu yaşayış məntəqələrinin Rusiyanın Uzaq Şərqindəki şəhərlərlə birbaşa nəqliyyat əlaqəsi var.

Rusiyanın regional hakimiyyətləri xüsusi tədbirlər görməyə başlayıblar.

Blaqoveşensk meri Çinlə əlaqələri məhdudlaşdırmağa çağırıb.Əhalinin kur olduğu yerlərdə maska taxmaq məsləhət görülür.

Xabarovs diyarında isə hava limanı və sərhəd məntəqələrində nəzarət gücləndirilib.

“Rospotrebnadzor” vəziyyət sabitləşənədək rusiyalıları Çinə səfər etməməyi məsləhət görüb.

Yanvarın 23-ə olan məlumata görə Rusiyada bu virusa yoluxma halı qeydı alınmayıb.

Çinin Hubey əyalətinin rəhbərliyi virusun peyda olduğu Vuhan şəhəri ilə yanaşı azı daha 10 şəhəri bağlayaraq (Chibi, Lichuan, Xiantao, Ezhou, Huanggang, Xianning, Qianjiang, Huangshi, Jingzhou və Dangyang) karantin elan edib.

Bu barədə Çinin Dövlət Mediyası məlumat yayıb.

Paytaxt Pekin və ölkənin digər iri şəhərlərində Çndə qeyd edilən Yeni il bayramı ilə bağlı kütləvi tədbirlər ləğv edilib.Bayram yanvarıb 25-də başlayır.

İnsanın tənəffüs yollarını sıradan çıxaran yeni korona virusu insandan insana keçə bilir.

Son məlumata görə indiyədək Çində bu virusdan azı 25 nəfər ölüb, 800-dən çox adamsa yoluxub.

Yeni virus Çindən kənara da çıxıb.

ABŞ, Avstraliya, Cənubi Koreya, Yaponiya,Vyetnam,Sinqapur, Tailand, Tayvan, Filippin, Səudiyyə Ərəbistanı, Honqkonq və Makauda da bu virusa yoluxma halları aşkar edilib.

Buna baxmayaraq Ümumdünya səhiyyə təşkilatı hələlik beynəlxalq səviyyətə fövqəladə vəziyyət rejimi elan etməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG