Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:36

Çin ABŞ-la danışıqları təxirə salıb


Foto arxiv
Foto arxiv

Çin hakimiyyəti ABŞ müdafiə naziri James Mattislə oktyabra planlaşdırılan görüşü təxirə salıb.

Bu barədə Reuters agentliyi yüksək səlahiyyətli ABŞ rəsmisinə istinadla xəbər verir.

Agentlik yazır ki, Pekin bundan bir neçə gün əvvəl, iki ölkə arasında yaranan gərginliklə bağlı narahatlığa əsas olmadığını bildirib.

Amma təhlükəsizlik məsələlərinə həsr olunmalı olan həmin görüşün məhz nəyə görə təxirə salınması bəlli deyil.

Son vaxtlar Pekinlə Vaşinqton arasında xeyli mübahisəli məsələlər yaranıb.

Vaşinqton Çin mallarına 250 milyon dollarlıq rüsum tətbiq edib.

ABŞ bu yaxınlarda Rusiyadan silah aldığına görə Çinə qarşı sanksiya tətbiq edib.

Bundan başqa ABŞ gəmiləri daima Pekinin özününkü saydığı mübahisəli adalara yaxınlaşır.

Çin rəhbərliyi ötən həftə bəyan edib ki,Pekin ABŞ-ın iqtisadi məqsədlərlə onu “şantaj” etməsi və ya “təzyiq” göstərməsinə imkan verməyəcək.

Buna da bax:ABŞ-la Çin tarifləri artırır.

ABŞ prezidenti Donald Trump isə ötən həftə Pekini, Respublikaçılar-ın Konqresdə çoxluq qazana bilməməsi və bununla Trump-ın ticarət siyasətini dayandırmaq məqsədlilə parlament seçkisinə qarşımağa cəhddə günahlandırıb.

Amma Trump buna sübutlar göstərə bilməyib.

Pekin ittihamı rədd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG