Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:16

Rusiyanın BMT səfiri vəfat edib


Vitali İvanoviç Çurkin
Vitali İvanoviç Çurkin

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Vitali Çurkin fevralın 20-də Nyu York şəhərində vəfat edib.

Rusiya Xarici İşlər Nazirliyinin bu barədə bəyanatında diplomatın 65-ci ad gününə bir gün qalmış vəfat etməsi münasibətilə onun ailəsinə və yaxınlarına başsağlığı verilir.

"Görkəmli Rusiya diplomatı Vitali İvanoviç Çurkin dünyasını vəzifə başında dəyişib” – deyilir bəyanatda.

Rusiyanın xəbər agentliklərinin məlumatına görə prezident Vladimir Putin Çurkinin ölümündən dərindən kədərlənib və onu əsl peşəkarlığa və diplomatik istedada malik insan adlandırıb.

Rusiyanın BMT-dəki səfir müavini Vladimir Safronkov AP agentliyinə deyib ki, cənab Çurkin səhər saatlarında özünü pis hiss etdiyindən təcili olaraq Columbia Presbyterian Hospital xəstəxanasına çatdırılıb. Rusiya səfiri elə burada keçinib.

Çurkin 2006-cı ildən Rusiyanın BMT-dəki səfiri idi və Rusiya siyasətinin diplomatik nəhənglərindən biri kimi tanınırdı.

O xüsusilə də Amerika və Qərb diplomatları ilə təmasda iti düşüncə tərzi və ani hazırcavablığı ilə reputasiya qazanmışdı.

Çurkin Rusiya siyasətinin güclü müdafiəçisi idi. O son vaxtlar Suriyada Hələbin Rusiya aviasiyası tərəfindən bombardmanı ilə bağlı kəskin tənqidləri dəf etməli olurdu.

Onu kəskin tənqid edənlərdən biri, BMT-dəki keçmiş ABŞ səfiri Samantha Power Çurkinin qəfil ölümündən sarsıldığını bildirib və Təhlükəsizlik Şurasındakı daimi toqquşmalarına baxmayaraq onu “diplomatik maestro” adlandırıb.

"Rusiyanın BMT səfiri Vitali Çurkinin ölümündən sarsılmışam, - yazır Power Tvitterdə, - O Birləşmiş Ştatlar və Rusiya arasındakı ixtilaflar üzərindən körpü salmağa çalışan səmimi və qayğıkeş bir insan idi”.

Ötən il Power Suriya, Rusiya və İranı Suriyadakı qırğınlarda ittiham edəndə, Çurkin ona özünü müqəddəs Tereza ana kimi apardığını söyləmiş, onu öz ölkəsinin Yaxın Şərqdəki əməllərini unutmaqda qınamışdı.

Peşəkar diplomat BMT-dən əvvəl Rusiya Xarici İşlər Nazirliyində, Kanada və Belçikada səfir vəzifəsində, habelə NATO ilə əlaqələr müvəkkili ampluasında çalışmışdı.

Bundan daha əvvəl isə Çurkin Xarici İşlər Nazirliyinin sözçüsü idi.

O rus, ingilis, monqol və fransız dillərində səlis danışırdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG